Ermənistanda Hikmət Mirzəyev qorxusu - Bakı nəyə hazırlaşır?
Xüsusi Təyinatlı Qüvvələrin komandanı, 44 günlük Vətən müharibəsində əfsanəyə çevrilən general-leytenant Hikmət Mirzəyevin Prezident İlham Əliyev tərəfindən müdafiə nazirin müavini təyin edilməsi Ermənistanda qorxuya səbəb olub.
Ermənilərin qorxularının xüsusi təyinatlı qüvvələrimizin bütövlükdə Ermənistan üzərində yaratdığı xofdan qaynaqlandığı bəllidir.
Bunun fonunda XTQ komandanı general Hikmət Mirzəyevin müdafiə nazirinin müavini kimi Quru Qoşunlara da komandanlıq edəcəyi Ermənistanda Azərbaycanın "profilaktik zərbələrin endirilməsi" taktikasını aktuallaşdıracağına dair narahatlıq yaradıb.
Ermənistan hakimiyyətinə yaxınlığı ilə tanınan erməni şərhçi Vahram Atanesyan yazır ki, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində "təhlükə yaranacağı təqdirdə profilaktiv zərbələr endiriləcəyini" açıq şəkildə bəyan etdi.
"Bunun fonunda əsas diqqətçəkən məqam Hikmət Mirzəyevin təyinatından bir gün sonra Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin hərbi təlimlərinə dair görüntülərin yayılması idi. Təlimin məqsədi "şərti düşmənin müdafiə xəttini yarmaq və komanda məntəqəsini məhv etmək"dir. Bütün bunlar Azərbaycanın Əliyevin dediyi "profilaktiv zərbələrə" hazırlıq gördüyündən xəbər verir.
Proseslər göstərir ki, Azərbaycan və Ermənistan arasında irimiqyaslı müharibə olmayacaq, əvəzində sərhəd boyunca və ayrı-ayrı ərazilərdə gərginlik həmişə qalacaq. Bu ərazilərdən biri də Tavuş-Qazax sərhədidir. İlham Əliyev Qazax istiqamətində sərhədin delimitasiyasından danışdı və 4 kəndin qaytarılmasının (Qazaxın anklav olmayan 4 kəndi-red) vacibliyini vurğuladı. İstisna deyil ki, bu məsələdə razılaşma olmasa, rəsmi Bakı lazım olan bütün addımları atacaq", - Atanesyan yazır.
Bu fikirlərin erməni şərhçinin iddiasında başqa bir şey olmadığı bəllidir. İstisna deyil ki, Atanesyan yaxın olduğu Paşinyan hakimiyyətinin tezisləri əsasında danışır. Lakin burada əsas diqqətçəkən məqam xüsusi təyinatlılarımızın ermənilərin üzərində yaratdığı kabusdur. Onlar hələ uzun illər Hikmət Mirzəyevin adını unutmayacaq./qaynarinfo.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1040 Tarix: 16 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrİnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrAzərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabrSaleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabr