"Müharibə veteranı" təqaüdü 100 manata qaldırıla bilərmi? - AÇIQLAMA
"Müharibə veteranı" təqaüdünün artırılması təklif olunur. Hətta, bu gün əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib ki, Vətən müharibəsi iştirakçılarına ödənilən vəsaitin artırılması məsələsinə yenidən baxıla bilər.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu ərazi bütövlüyümüzü bərpa edərək bizi Qarabağımıza qovuşdurdu:
"Təəssüf ki, müharibə itkisiz olmur. Biz də Vətən müharibəsində şəhidlər verdik, cəbhədə döyüşən gənclərimiz arasında yaralanaraq qazi adını qazananlar da oldu. Bu gün şəhid ailələrinə və qazilərə, eyni zamanda, müharibə veteranlarına dövlətin göstərdiyi qayğı yüksək səviyyədədir. Cənab prezident İlham Əliyev daim şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək qayğı ilə yanaşıb. Ölkə başçısı bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Bu gün dövlətimiz tərəfindən şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə çox mühüm addımlar atılmaqdadır. Eyni zamanda qazilərin sağlamlığının qorunması, bərpası, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi, müalicə müəssisələrində müalicəsi üçün də çox mühüm işlər görülür. Cənab prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı müvafiq Fərman və sərəncamlar qazi və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verməkdədir".
Deputat vurğulayıb ki, müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi çox müsbət haldır:
"Qaldı ki, "Müharibə veteranı" təqaüdünün artırılması məsələsinə yenidən baxıla bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 975 Tarix: 16 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrİnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrAzərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabrSaleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabr