"Ümid edirəm ki, nə vaxtsa Ermənistan özündə güc tapıb vasitəçi ölkə olmadan danışıqlara gedəcək" - Səxavət Məmməd

"Ümid edirəm ki, nə vaxtsa Ermənistan özündə güc tapıb vasitəçi ölkə olmadan danışıqlara gedəcək" - Səxavət MəmmədBu gün müzakirə olunan məsələlərdən biri də Azərbacan-Ermənistan arasında vasitəçi ölkə olmadan sülh danışıqlarının aparılmasıdır.

Bununla bağlı Sonxeber.az-a danışan siyasi-ekspert Səxavət Məmməd bildirib ki, Azərbaycanla Ermənistan arasında vasitəsiz danışıqlar məsələsi hazıda gündəmdədir:

"Xüsusilə də, rəsmi Bakı bunu tez-tez dilə gətirir. Ermənistan isə bizdən fərqli olaraq çalışır ki, başqa dövlətləri vasitəçi kimi əlavə etsinlər. Azərbaycan tərəfi özünə güvəndiyi üçün istəyir ki, danışıqlar vasitəçi olmadan aparılsın. Rəsmi Bakının səsləndirdiyi fikirlər də aydındır. Azərbaycan tərəfi bildirir ki, danışıqlarda vasitəçi ölkələr olarsa onların da hansısa tələbləri olacaq. Azərbaycan tərəfi danışıqları vasitəçi ölkə olmadan aparmaq istəyir. Azərbaycanla Ermənistan arasında böyük fərqlər var. O fərqlərdən ən başlıcası isə manevr eləmək qabiliyyətidir. Azərbaycanın manevr eləmək qabiliyyəti olduqca yüksəkdir. İstər enerji daşıyıcıları ilə bağladığı müqavilələr, istərsə də qərb ölkələri ilə ticarət əlaqələri. Bütün bunlar çox yüksək səviyyədədir. Ermənistanda isə bu belə deyil. Azərbaycan eyni anda həm Ukraynaya humanitar yardım göndərir, həm də Rusiya ilə çox yaxşı münasibətlər qura bilir. Amma bunu Ermənistan bacara bilmir. Çünki Ermənistan Ukraynaya humanitar yardım göndərərsə gərək Rusiyadan uzaqlaşa. Rusiyanın yanında olacaqsa da gərək qərbin layihələrinə və fikirlərinə əks olmalıdır. Amma Azərbaycan bunu bacarır. Nəzərə almaq lazımdır ki, Ermənistan ərazisində Rusiyanın üç hərbi bazası var. Bundan əlavə Ermənistanın Avropa İttifaqının humanitar missiyası var. Ermənistan daha çox da Fransaya bağlıdır".

Səxavət Məmməd söyləyib ki, Ermənistandan fərqli olaraq bu gün Azərbaycan müstəqil siyasət yürüdür:

"Özü istədiyi qərarı verə bilir. Ermənistanın isə bu məsələlərlə bağlı müstəqil fikir bildirə bilməsi məsələsi sual altındadır. Hesab edirəm ki, Azərbaycan tərəfindən Rusiyasız, ümumiyyətlə qərbin iştirakı olmadan danışıqlar mümkündür. Ermənistandan tərəfindən isə bu mümkünsüzdür. Ermənistanın zəyif olması,ərazisində başqa dövlətin hərbi bazasının olması, benəlxalq təşkilatlardan və bəzi ölkələrdən asılı olması vasitəsiz danışıqlardan uzaqlaşdırır. Hesab edirəm ki, bu gün Azərbaycanla Ermənistan eyni səviyyədə olsaydı vasitəçi ölkə olmadan danışıqların aparılması mümkün olardı. Amma indiki vaxtda Rusiya da olmasa, başqa ölkənin iştirakı ilə Ermənistan danışıqlara gedəcəyi məlumdur. Ümid edirəm ki, nə vaxtsa Ermənistan özündə güc tapıb vasitəçi ölkə olmadan danışıqlara gedəcək. Nədənsə, bu inandırıcı gəlmir. Çünki bu gün Cənubi Qafqaz uğrunda açıq savaş gedir. Bu savaşın tərəfləri Cənubi Qafqaz ölkələrinə təsir etməyə çalışır. Cənubi Qafqazı rahat buraxmaq istəmirlər. Biz gələcəkdə görəcəyik ki, danışıqlar yenidən uzadılır. Azərbaycan tərəfdən hər şey rahatdır. Amma Ermənistan öz problemlərini həll etməsə vasitəçi ölkə olmadan danışıqların aparılması mümkün olmayacaq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 662   Tarix: 16 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr