Baba Rzayevin qohumları Maliyyə Nazirliyinə olmayan gül növü satır?

Baba Rzayevin qohumları Maliyyə Nazirliyinə olmayan gül növü satır?Maliyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Zirə Gülçülük" QSC olub.

Yeniavaz.com xəbər verir ki, "Zirə Gülçülük" QSC Maliyyə Nazirliyinin inzibati binası və həyətyanı sahəsində olan dekorativ bitkilərə 2024-cü il üzrə aqro xidmətlər göstərəcək və yeni bitkilər satacaq.
Göstəriləcək xidmətlər və satılacaq bitkilərin qarşılığında Maliyyə Nazirliyi "Zirə Gülçülük" QSC-yə 19 min 657 manat 62 qəpik ödəyəcək.

Açıqlanan rəsmi məlumatda göstərilir ki, Maliyyə Nazirliyi "Zirə Gülçülük" QSC-dən 1 ədəd "Cupressus Leylandi" ağacı, 140 ədəd "Sedium", 124 ədəd "Aptenia", 103 ədəd "Sungonium", 100 ədəd "Viola Şile Sus", 38 ədəd "Aglanema" və çoxlu sayda digər bitkilər alacaq.

Onu da bildirək ki, satın alınması nəzərdə tutulan bitkilərin siyahısında yer alan "Viola Şile Sus" adlı bitki növü yoxdur. Viola bənövşəkimilər fəsiləsinə aid bitki cinsinə verilən ümumi addır. Bu fəsilə aid onlarla bitki növü var. Məsələn, "Viola tricolor" ("Üçrəng bənövşə"), "Viola odorata" ("Ətirli bənövşə") və yaxud "Viola arvensis" ("Çəmənlik bənövşəsi") kimi onlarla bənövşə növü mövcuddur. Lakin, qeyd etdiyimiz kimi, elmi ədəbiyyatda "Viola Şile Sus" adlı bitki növü yoxdur. Ehtimal etmək olar ki, tender müsabiqəsində bitki adı kimi qeyd olunan "Viola Şile Sus" adındakı "Şile Sus" sözü Türkiyənin məşhur "Şile Süs Bitkileri" şirkətinin adının təhrif olunmuş formasıdır. "Şile Süs Bitkileri" şirkəti Türkiyədə bəzək (süs) bitkilərinin yetişdirilməsi və satışı ilə məşğuldur. Şirkətin rəsmi veb-saytında (https://www.silesusbitkileri.com/ ) Azərbaycana da bitki ixrac etdikləri qeyd olunub.

Məlumat üçün onu da bildirək ki, tenderin qalibi olan "Zirə Gülçülük" QSC 12 fevral 2013-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 010 manat olan QSC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşir. QSC-nin qanuni təmsilçisi Əliyev Ziyad Taqif oğludur.

Qeyd edək ki, "Zirə Gülçülük" QSC "Azərişıq" ASC-nin keçmiş rəhbəri, hazırda "Azərenerji" ASC-nin prezidenti olan Baba Rzayevlə qohumluq əlaqələri olan şəxslərə məxsusdur. "Zirə Gülçülük" şirkətinin qeydiyyatda olduğu ünvanda "Zirə Aqropark" MMC (VÖEN – 1503134451) adlı şirkət də qeydiyyatdadır. "Zirə Aqropark" MMC-nin bir il əvvələ qədər qanuni təmsilçisi olan Soltanov Ayaz Üzeyir oğlu eyni zamanda "FF Construston" MMC-nin (VÖEN – 1500616851) qanuni təmsilçisidir. "FF Construston" MMC-nin hüquqi ünvanı isə Baba Rzayevin kürəkəni Fərid Fərhadzadənin qeydiyyatda olduğu – Fətəli xan Xoyski pr., ev 134, m. 28-də yerləşir. Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda "Göknur Bakı Ltd" MMC-nin (VÖEN - 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.
Bundan başqa "Zirə Gülçülük" QSC-nin qeydiyyatada olduğu hüquqi ünvanda – Ziya Bünyadov, ev 2071-ci məhəllədə "GBS" QSC adlı (VÖEN-1500855231) şirkət də yerləşir. Bu şirkətə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin "GBS" adı ilə başlayan başqa bir şirkətə - "GBS Constrasion Electro Mechanical Systems" MMC-yə (VÖEN - 1501472741) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.
Baba Rzayevin qohumları Maliyyə Nazirliyinə olmayan gül növü satır?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 986   Tarix: 16 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr