Qar yağdı, Bakı "batdı": Meriyanın yollar üçün aldığı 2300 ton duz hara getdi?
Yanvarın 13-də Bakıya yağan qar onsuz da tıxac problemi yaşayan paytaxt yollarında vəziyyəti daha da dözülməz həddə çatdırdı. İlk saatlardan yolların iflic olması müşahidə olunmağa başladı. Sosial şəbəkələrdə yolların qardan təmizlənməsi, buz bağlamaması üçün duz və ya qum səpilməsi barədə çağırışlar olsa da, müvafiq qurumların bu yöndə ciddi addımları gözə dəymədi. Hər halda bir neçə gündür ki, bununla bağlı sosial şəbəkələrdə ancaq tənqidlərin şahidi oluruq.
Halbuki Bakı Şəhər İcra Hakimiyyətinin tabeli qurumu - Bakı Şəhər Mənzil-Komunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi texniki məqsədlər üçün emal edilməmiş xam duzun satın alınması ilə bağlı tender keçirib.
Tenderin qalibi "Fidan-TN" MMC seçilib. Qurumla şirkət arasında maliyyə dəyəri 262 199,54 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb. Müqavilədə 2300 ton xam duzun alınması nəzərdə tutulub.
Nəzərə alsaq ki, 2023-cü ilin avqustundan 2024-cü ilin yanvarına qədər Bakıya qar yağmayıb, alınan bu qədər duzun hara istifadə edildiyi sual doğurur.
Duz satan "Fidan-TN" haqqında isə açıq mənbələrdə məlumatlara rast gəlinmir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, MMC 7 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 AZN olan şirkətin qanuni təmsilçisi Hüseynov Ələsgər Cəlal oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal, ev 137A, mənzil 3-də yerləşir.
Araşdırmalarımız zamanı məlum olub ki, "Fidan-TN" MMC əsasən Bakı Şəhər-Mənzil Kommunal Təsərrüfatı Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsinin keçirdiyi tenderlərin qalibi olur.
Mediada bu tenderlərin qeyri-şəffaf keçirilməsi barədə çoxsaylı faktlar yer alıb. Şirkətin nizamnamə kapitalının 4 AZN olması da onun ciddiyyətini şübhə altına alır. Nizamnamə kapitalı cüzi məbləğ təşkil edən şirkətlər adətən tender və "obnoliçka" əməliyyatlarında istifadə üçün yaradılır./qaynarinfo.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1471 Tarix: 16 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrİnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrAzərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabrSaleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabr