"Vertu"su olan İcra Başçısı Rəcəb Babaşovun brend geyimi, ayaqqabı və saatı - FOTOLAR

"Vertu"su olan İcra Başçısı Rəcəb Babaşovun brend geyimi, ayaqqabı və saatı - FOTOLARSon vaxtlar müxtəlif tədbirlərdə boy göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun geyindiyi brend markalı və bahalı qış geyimləri, qiymətli saatı və ayaqqabısı hər kəsin diqqətini çəkməkdədir.

32gun.az bu dəfə zövqlü və kifayət qədər bahalı geyimləri ilə diqqət çəkən icra başçısı Rəcəb Babaşov haqqında araşdırma aparıb.

Yanvarın 24-də İcra Başçısının sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində sakinlərlə görüşərkən geyindiyin "dublyonka" İtaliyanın məşhur "ERMENEGILDO ZEGNA" brendinə məxsusdur. Bu geyimin qiyməti 1010 dollardır. Alış-veriş saytında bildirilən məlumata görə, həmin "dublyonka"nın qiymıti bir neçə gündür endirimə düşdüyü üçün 506 dollar olub.

Rəcəb Babaşovun elə həmin gün ayağında olan ayaqqabı da üst geyimindən geri qalmır. Belə ki, icra başçısının ayağındakı altı ağ olan qəhvəyi rəngli ayaqqabısı da İtaliyanın məşhur brendlərindən birinə "Loro Piana"ya məxsusdur. "Loro Piana" brendimim bu modelinin qiyməti 1350 dollardır.

İcra Başçısnın saat sevdası da diqqətdən yayınmır. Sayxtımıza daxil olan məlumata görə, icra başçısının kolleksiyasına müxtəlif brendlərdən olan saatlar daxildir. Bunlardan biri də "Bvulgari" markasıdır.

Bu saat ilk dəfə 2017-ci ildə həm icra başçısının biləyində İsrail səfirinin Qazax rayonuna səfəri (09.11.2017) zamanı görülüb. Sonralar həmin saat R.Babaşovun əlində daim görünüb.

Bundan öncə Rəcəb Babaşovun bahalı 8500 manatlıq (5000 $) "Vertu" telefonu telefonun olması sosial şəbəkədə gündəm olmuşdu. İddiaya görə, bu foto Qazax icra hakimiyyətinin saytında olub, Sonradan məsələ gündəm olduqda, "Vertu" barədə xəbərlər çıxandan sonra şəkil saytdan çıxarılııb.

Xatırladaq ki, Qazax Rayon İcra başçısı Rəcəb Babaşov Elşən Babaşzadə 275 min dollar (450 manat) dəyərində olan "Mercedes Benz G-63 AMG" markalı avtomobili, həm də özünün 99 FF 099 dövlət nömrə nişanlı 250 min manatlıq "Rang Rover"i ilə medianın gündəminə düşmüşdü.

PS: Qarşı tərfin mövqeyini işıqlandırmağa hazırıq...
"Vertu"su olan İcra Başçısı Rəcəb Babaşovun brend geyimi, ayaqqabı və saatı - FOTOLAR"Vertu"su olan İcra Başçısı Rəcəb Babaşovun brend geyimi, ayaqqabı və saatı - FOTOLAR"Vertu"su olan İcra Başçısı Rəcəb Babaşovun brend geyimi, ayaqqabı və saatı - FOTOLAR"Vertu"su olan İcra Başçısı Rəcəb Babaşovun brend geyimi, ayaqqabı və saatı - FOTOLAR"Vertu"su olan İcra Başçısı Rəcəb Babaşovun brend geyimi, ayaqqabı və saatı - FOTOLAR"Vertu"su olan İcra Başçısı Rəcəb Babaşovun brend geyimi, ayaqqabı və saatı - FOTOLAR"Vertu"su olan İcra Başçısı Rəcəb Babaşovun brend geyimi, ayaqqabı və saatı - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2382   Tarix: 29 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr
.

Bu kreditlərlə bağlı yeni qaydalar müəyyənləşdirilir: Hansı yeniliklər olacaq? - AÇIQLAMA

Son dövrlər onlayn kreditlərdən istifadə genişləndikcə vətəndaşların şəxsi məlumatlarından icazəsiz istifadə olunması və onların adından kredit rəsmiləşdirilməsi riski də diqqət çəkir. Bu baxımdan, kreditlərin onlayn qaydada rəsmiləşdirilməsi zamanı əlavə təhlükəsizlik mexanizmlərinin tətbiqi borcalanları

30 sentyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr