Əməkdar jurnalist xəstəxanadan çıxarılıb: Vəziyyəti ağırdır
Uzun müddətdir müxtəlif xəstəliklərdən, o cümlədən ayaqlarındakı problemlərdən əziyyət çəkən Əməkdar jurnalist Rəhman Məmmədzadənin (Orxan) vəziyyəti ağırlaşıb.
Bu barədə onun oğlu Orxan Məmmədzadə bildirib.
Bir müddət öncə Sumqayıtdakı 2 nömrəli Xəstəxanaya yerləşdirilən jurnalisti artıq evinə gətiriblər.
"Atam hazırda evdədir, vəziyyəti çox ağırdır, həkimlər ümidverici söz demirlər", - deyə Rəhman Orxanın oğlu söyləyib.
Qeyd edək ki, Rəhman Orxan uzun illər "Vışka" qəzetinin əməkdaşı, o cümlədən Qarabağ bölgəsi üzrə xüsusi müxbiri işləyib. "Bakinets" qəzetinin təsisçisi və baş redaktoru olub.
Dağlıq Qarabağ mövzusuna, xalqımızın erməni faşizminə qarşı apardığı ədalətli mübarizəyə həsr olunmuş yazılarına və jurnalist hüquqlarının müdafiəsinə görə 1993-cü ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülüb.
2001-2013-cü illərdə "Azərikimya" İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir neçə kitabın müəllifi və redaktorudur.
Prezident İlham Əliyevin 4 oktyabr 2016-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı verilib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 901 Tarix: 29 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakcell və Peerstack Academy "The Tech Builders" layihəsinə start verib
İnnovasiya lideri Bakcell və Peerstack Academy gənclərin innovasiya və rəqəmsal bacarıqlar sahəsində inkişafını dəstəkləyən "The Tech Builders" layihəsinə start verib. Layihə çərçivəsində Peerstack Academy-də tələbələrlə görüş keçirilib. Tədbirdə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporati
19 fevralNazir sədr müavinini vəzifəsindən azad etdi (FOTO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (SSƏMN) yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad olunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müvafiq əmri ilə Zaur Kamal oğlu İbrahimov tutduğu vəzifəsində
19 fevralGünay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama
Son günlər deputat Günay Ağamalının köməkçisi Pərviz Mirizadəni atası, sabiq millət vəkili Fəzail Ağamalının yas mərasimində mühafizəçilərinə döydürməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" məsələyə aydınlıq gətirmək üçün deputatın köməkçisi Pərviz Mirizadə ilə əlaqə saxlayıb. O, saytımız
19 fevralŞəxsi məlumatlarınızı paylaşmayın! - Prokurorluqdan xəbərdarlıq (VİDEO)
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı cəmiyyətin bütün sahələrinə müsbət təsir göstərsə də, paralel olaraq kibercinayətkarlıq risklərini də artırmışdır. Şəxsi məlumatların oğurlanması, onlayn dələduzluq, fişinq hücumları, kiberzorakılıq və zərərli proqram təminatlarını
18 fevralBakıda motosiklet sürücüsü avtoxuliqanlıq etdi - ANBAAN VİDEO
Bakıda nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını gizlədərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan 99-L-768 nömrə nişanlı motosikletin sürücüsü Səid Zeynalov saxlanılıb. xəbər verir ki, bu barəd
19 fevral"Üzərlikdən istifadə məhdudlaşdırıla bilər" - Nazirlik
Son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində üzərlik bitkisinin (xalq arasında "üzərlik", "qarmala" kimi tanınır) istifadəsi, xarici ölkələrə aparılması və buna görə hüquqi məsuliyyətə cəlb olunma halları ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır. xəbər veri
19 fevralSuyun qiyməti ilə bağlı Rəsmi AÇIQLAMA
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etməsi ilə bağlı yayılan məlumatları yalanlayıb. xəbər verir ki, suyun qiymətinin bahalaşacağı ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərlə bağlı ADSEA məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Dövlə
18 fevral