Dubayda qaradərili uşaqla şəkil çəkdirən 2 azərbaycanlı niyə həbs olunub - RƏSMİ

Dubayda qaradərili uşaqla şəkil çəkdirən 2 azərbaycanlı niyə həbs olunub - RƏSMİDubaya gəzməyə gedən iki Azərbaycan vətəndaşı orada qaradərili uşaqla icazəsiz şəkil çəkdirdiyi üçün həbs olunub. Bu barədə həbs olunan şəxslərin dostlarından biri anews.az-a açıqlamasında bildirib.

"Dostumuz Cəlilov Emin Bəhman oğlu 2 ay öncə üç dostu ilə birgə Dubaya gəzməyə gedib. Elə həmin gün də geri qayıtmalı idilər. Orada ticarət mərkəzlərinin birində qaradərili uşaqla anasından icazə almadan foto çəkdiriblər. Nəticədə uşağın anası şikayətçi olub. Buna görə də gəzməyə gedən 2 dostları həbs etmək qərarı verilib. Emin bəyin anası yaşlıdır və övladından xəbər ala bilmir. Aiddıyatı qurumların dəstəyinə ehtiyacımız var", - o əlavə edib.

Əldə etdiyimiz məlumata görə, azərbaycanlılar qeyri-etik ifadələr işlədərək qarşı tərəfə "neqr" deyib.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən bildirilib ki, bu məsələ Azərbaycanın Dubaydakı Baş konsulluğunun nəzarətindədir. Müvafiq dəstək göstərilir. Əlavə məlumat olacağı təqdirdə açıqlanacaq.

Hüquqşünas Fariz Namazlı söyləyir ki, azərbaycanlıların həbs olunması Birləşmiş Ərəb Əmirliklərinin qanunları ilə tənzimlənir.

"Bizim oradakı səfirliyimizin məsələyə qarışmaq kimi səlahiyyəti var. Azərbaycanlıların müdafiə olunması üçün tədbirlər həyata keçirə bilər. Onların vəkillə təmin olunmasına dəstək göstərə bilər", - Namazlı qeyd edib.

Vəkil həmçinin vurğulayır ki, hər iki ölkə arasında "cinayət törətmiş şəxsin verilməsi haqqında" müqavilə varsa, o müqavilə əsasında vətəndaşların Azərbaycana göndərilməsi təmin oluna bilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 932   Tarix: 29 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İtkin qadın şəhidlərimiz dəfn olundu - Fotolar - Yenilənib

Sumqayıtda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mehriban Qarayeva ilə vida mərasimi keçirilib. Report-a istinadən xəbər verir ki, vida mərasimindən sonra M.Qarayeva Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib. Qeyd edək ki, Mehriban Arif qızı Qarayeva 1970-ci ilin martın 27-də Sumqayı

20 fevral
.

Makron NATO-nu "spinal qurbağa" ilə müqayisə edib

Fransa Prezidenti Emmanuel Makron NATO-nu "spinal qurbağa" ilə müqayisə edib. "L'Express" nəşrinə istinadən xəbər verir ki, Makaron ABŞ lideri Donald Trampın siyasətində baş verə biləcək mümkün dəyişikliklər fonunda alyansın vəziyyəti ilə bağlı fikirlərini bölüşüb. Fransa prezident

18 fevral
.

"Övladınızın harada və kimlə vaxt keçirdiyini bilin" - DİN-dən çağırış - Video

Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin, o cümlədən uşaqlara qarşı törədilən ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə profilaktik tədbirlər davam etdirilir. DİN-in Mətbuat xidmətindən -a bildirilib ki, uşaq təkcə bir ailəni

19 fevral
.

Orxan Lökbatanlı yayılan xəbərlərə cavab verdi - "Allaha tapşırıram"

Tanınmış meyxanaçı Orxan Lökbatanlı barəsində yayılan ölüm xəbərlərinə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, o bu haqda sosial şəbəkə hesabında video paylaşıb. Səs tellərindən əməliyyat olunan meyxanaçı xəbərlərdən təəssüfləndiyini bildirib:. "Hansısa vicdansız, ona azərbaycanl

19 fevral
.

XƏBƏRDARLIQ - Gecə bu yol tam BAĞLANACAQ

Fevralın 21-də paytaxtın Suraxanı rayonu, Hava limanı şosesində ("Buta Palace"ın yaxınlığı) yeni quraşdırılan elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyada son tamamlama işləri ilə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərə

20 fevral
.

Restoranda yeyib-içdi, pul ödəmədi - Məhkəmə qərarı verdi

Qəbələdə restoranda yemək sifariş edib yedikdən sonra hesabını ödəməyən şəxs həbs edilib. Qaynarinfo-nun məlumatına görə, hadisə "Künəfə" restoranda baş verib. 1989-cu il sentyabrın 1-də Mingəçevir şəhərində doğulmuş C.H. həmin restoranda ictimai qaydanı və vətəndaşların sükunətini pozan, laki

19 fevral
.

Bakıda məşhur ticarət mərkəzinin qarşısında qadını maşın vurdu - VİDEO

Nəsimi rayonunun Neftçilər prospektində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. -ın sorğusuna cavab verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, hadisə fevralın 18-də saat 21:50-də qeydə alınıb. "KIA markalı 99-QV-175 dövlə

19 fevral
.

Orxan Lökbatanlı sağdır

Bir neçə dəqiqə əvvəl tanınmış meyxanaçı Orxan Lökbatanlının vəfat etməsi barədə mətbuatda və sosial şəbəkələrdə xəbərlər yayılıb. "Qafqazinfo" xəbər verir ki, meyxanaçının sosial şəbəkə hesabında bununla bağlı paylaşım olunub. Məlumatların doğru olmadığı bildirilib:. "Yalan xəbərdir

19 fevral
.

Dövlət agentliyinin sabiq sədri HƏBS EDİLDİ - Beş milyonluq yeyinti

"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərov xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir. APA-ya istinadla xəbər verir ki, onunla bağlı Baş Prokurorluqda cinayət işi açılıb, Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusil

19 fevral