Bu ixtisasların təcrübəsi xarici ölkələrdə keçirilə bilər - AÇIQLAMA
"Universitetlərimizdə bir çox ixtisaslar var ki, onların istehsalat təcrübəsi- yəni tələbələrin dediyi kimi bildirsək "praktika"sı nisbətən fərqli yanaşma tələb edir. İstehsalat təcrübəsinin formal yaxud qeyri-formallığından asılı olmayaraq, elə ixtisaslar var ki, bu proses onlarda nisbətən fərqli cür tənzimlənməlidir. Məsələn: regionşünaslıq ixtisası paytaxt Bakıdan kənarda, diplomatiya əlaqəli ixtisaslar başqa ölkələrdə keçirilə bilər. Amma mən bunu keçirilə bilər janrında deyirəm. Universitetlərimizdən biri olan ADA Universitetinin bu istiqamətdə bir addım atacağına şübhəmiz yoxdur".
Bu sözləri Sonxeber.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib. Onun fikrincə, burada istehsalat təcrübəsinin ölkə xaricində keçirilməsindən çox, biz ayrıca təcrübə proqramlarının olub olmamasını düşünməliyik:
"Burada söhbət təbii ki, xarici ölkələrdə təşkil olunan tələbələrimiz üçün təcrübə və karyera proqramından gedir. Bu vacibdir. Bildiyim qədərilə bununla bağlı bir neçə proqramlar var. Təcrübə və mübadilə proqramları, karyera planlaması proqramları var. Bunlar nə qədər çox olarsa, yerli universitetin əməkdaşlıq etdiyi, memorandum imzaladığı xarici ölkə universiteti vasitəsilə həyata keçirilərsə, bizim tələbələrimiz üçün bir o qədər yetərli olar. Tələbə kəsimi var ki, gedir xaricə və bu proqramlar sayəsində. Çox yox 1 həftə orada qalır. Qayıdandan sonra, həmin 1 həftəlik müddət onun həyatı üçün başqa bir məzmun kimi görünür. 1 həftənin təəssüratı sanki oxuduğu 4 il dövrün təəssüratı kimi hissləri görə bilirik. Tələbə öz tələbəliyini doğru yaşadıqda, bu onun istehsalat təcrübəsində öz təsdiqini tapdıqda o əmək bazarının tələbəlik istiqamətində daha dolğun və motivasiyalı şəkildə hərəkət edə bilər".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2932 Tarix: 29 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrGəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabr"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
1 oktyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabrAzərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30 sentyabr