Səlcuq sultanları necə ölüb? - Hər birinin ölüm səbəbi bilindi - FOTO

Səlcuq sultanları necə ölüb? - Hər birinin ölüm səbəbi bilindi - FOTOSəlcuq sultanlarının türbəsində torbalara yığılan sümüklər toplanaraq onlar üzərində DNT analizləri aparılıb.

Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, burada əsas məqsəd sultanların zamanında yaşadığı xəstəliklərini, müharibələrdə aldığı yaraları və nədən zəhərləndikərini öyrənmək idi.

Analizlər nəticəsində, I Mesut və II Qılınc Arslan Sultanın ankilozan spondilit (onurğa revmatizması) xəstəliyi olduğu ortaya çıxıb. Sultan Alaaddin Keykubatın kəllə sümüyündəki rəng dəyişikliyi onun metaldan zəhərləndiyini sübut edib. Müharibədə ölən I Alaaddin Keyhüsrevin kəllə və digər sümüklərində qılınc yaraları aşkar edilib.

2017-2023-cü illərdə "Türkiyə Səlcuq sülalələri türbəsi"ndə Konya Mədəniyyət və Turizm idarəsi tərəfindən həyata keçirilən nəşlərin tənzimlənməsi layihəsinin nəticələri açıqlanıb.

13 sultanın nəşinin olduğu türbədə qarışıq sümüklərin hansı sultana aid olduğu aşkara çıxarılıb.

Nəticələrdən sonra I Qılınc Arslan, Məlikşah, I Rüknəddin Mesud, II Qılınc Arslan, II Rüknəddin Süleyman Şah, III Qılınc Arslan, I Qiyaseddin Keyhüsrev, I Alaeddin Keykubat, II Qiyaseddin Keyhüsrev, IV Qılınc Arslan, III Qiyaseddin Keyhüsrev və II Qiyaseddin Mesudun üzü və bədənləri real silikon heykəllərə çevrilib.

Heykəllər Darü’l-Mülk sərgi sarayında ziyartçilərə təqdim edilib.

Konya Mədəniyyət və Turizm idarəsinin müdiri Abdüssettar Yarar bildirib ki, 7 il boyunca 6 mərhələdə b u analizlər aparılıb.

"Sultanlar Məzarlığındakı sandıqları açanda gördüklərimiz bizi bu günə qədər davam edən işləri görməyə məcbur etdi. Qəbiristanlıqda 8 sandığı açanda, yalnız ikisində rast gəlinən skeletlər, kəllələr və cəsəd qalıqları tapıldı. Elmi məlumatların işlənməsi ilə Səlcuqlu sülaləsinin silikon heykəlləri yaradıldış7 il boyunca 6 mərhələdə b u analizlər aparılıb".

Analizləri aparan Necmettin Ərbakan universitetinin professoru Şerafettin Demirçi DNT analizlərinin hansı sulatnlara aid olduğunu açıqlayıb:

"Qarşımıza çox asan tanıya biləcəyimiz 7 meyit çıxdı. Bunlardan biri I Mesuta, II Kılıçarslan Sultana aiddir. Onlara ankilozan spondilit (onurğa revmatiması) diaqnozu qoyuldu. Bu Ankilozan spondilit xəstəliyinin bizə ata-babalarımızdan miras qaldığını bildirir.

Əgər statistikaya baxsaq, Konya və Karaman bölgəsində bu xöəstəlikdə əziyyət çəkənlər daha çoxdur. Alaaddin Keykubatın kəllə sümüyündəki rəng dəyişikliyi metal zəhərlənməsi olduğunu göstərir. Həmin dövrdə tez-tez istifadə edilən civə, kobalt kimi maddələri ona az-az verilərək onu zəhərləyiblər.

I Alaaddin Keyhüsrev Alaşehir Meydan müharibəsində şəhid olub. Onun kəllə sümüyündə və sümüklərində qılınc zərbələri var. I Alaaddin Keyhüsrevin vəhşi heyvan hücumundan öldüyü bildirilsə də onun kəlləsindəki qılınc izləri bunun əksini deyir".
Səlcuq sultanları necə ölüb? - Hər birinin ölüm səbəbi bilindi - FOTOSəlcuq sultanları necə ölüb? - Hər birinin ölüm səbəbi bilindi - FOTOSəlcuq sultanları necə ölüb? - Hər birinin ölüm səbəbi bilindi - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1357   Tarix: 02 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr
.

Bu kreditlərlə bağlı yeni qaydalar müəyyənləşdirilir: Hansı yeniliklər olacaq? - AÇIQLAMA

Son dövrlər onlayn kreditlərdən istifadə genişləndikcə vətəndaşların şəxsi məlumatlarından icazəsiz istifadə olunması və onların adından kredit rəsmiləşdirilməsi riski də diqqət çəkir. Bu baxımdan, kreditlərin onlayn qaydada rəsmiləşdirilməsi zamanı əlavə təhlükəsizlik mexanizmlərinin tətbiqi borcalanları

30 sentyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr