Yayda qazılan yollar niyə hələ də düzəldilmir? - Video
"Yevlax şəhəri, Sadıqcan küçəsində vəziyyət acınacaqlıdır. İstədik ki, sakinlərlə birgə bu problemi öz vəsaitimiz hesabına həll edək, ancaq gücümüz çatmadı".
Bunu "Qafqazinfo"ya Yevlax sakini Natiq Hüseynov deyib. Şikayətçi bildirib ki, sözügedən ərazidə küçələr qazılaraq su xətti çəkilib, sayğac quraşdırılıb. Lakin işlər bitdikdən sonra qazılan yollarda heç bir bərpa işi aparılmayıb. Yaydan bəri davam edən problemi həll etmək üçün küçəyə sarı torpaq tökülsə də, bu ərazini daha da palçıqlı hala gətirib.
Vətəndaş Yevlax şəhəri 7 nömrəli orta məktəbə gedən yolların da eyni vəziyyətdə olduğunu deyir: "Uşaqlar məktəbə gedəndə bütün üst-başları palçıq olur. Bu yollar əvvəl də problemli olub, qonşularla birgə öz hesabımıza daş tökdürmüşük. Ancaq qazıntı işləri yolların daha da pis hala qalmasına gətirib çıxardı".
Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanladıq. Qurumdan saytımıza bildirildi ki, həmin əraziyə su xətti podratçı şirkət tərəfindən çəkilib: "Növbəti mərhələdə su xətlərinin evlərə çıxışı ilə yanaşı, podratçı şirkət tərəfindən yolların da əvvəlki halına qaytarılması təmin olunacaq. Burada Dövlət Su Ehtiyatları Agentliyinin köhnə və təzə su xətlərindən axıntı yoxdur. Yağış yağdığı üçün belə mənzərə yaranıb".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 562 Tarix: 03 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrBakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd
1 oktyabrSaleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabr"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət
"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"
30 sentyabrAzərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa
30 sentyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabr