Azərbaycanda əxlaq polisi yaradılsın - Hüseynbala Mirələmov
Türkiyədə "Laz kızı" ləqəbi ilə TikTokda əri ilə birgə canlı açıb pul toplayan hamilə qadın Gül Xatun əxlaq polisi tərəfindən saxlanılıb.
Səbəb isə onun sonuncu dəfə "pul göndərin sinəmi göstərəcəm" deyərək 100 min lirə (təxminən 6 min manat) qarşılığında bunu etməsi olub.
Faktla bağlı istintaq yekunlaşıb. Ona 6 aydan 2 ilə qədər həbs cəzası istənilib.
Hadisə Türkiyə Böyük Millət Məclisində TikTok platformasının bağlanması ilə bağlı müzakirələrin getməsinə səbəb olub.
Ölkəmizdə də TikTokda qeyri-etik davranışlarla, diqqət üzərinə çəkməklə qazanc əldə edən şəxslər var.
Bəs bu şəxslərin cəzalandırılması üçün Azərbaycanda yeni bir qurum - "Əxlaq polisi" yaradıla bilərmi? Bununla bağlı Bakıvaxtı.az-a danışan sabiq deputat Hüseynbala Mirələmov bildirib ki, əxlaq polisinin yaradılması çox asan məsələdir:
"Məncə, hazırkı vəziyyətdə əxlaq polisi yaradılsa yaxşı olar. Bu, sosial şəbəkələrdə təbliğ olunan əxlaqsızlıqların qarşısını alar. Heç olmasa, bu istiqamətdə müəyyən qədər iş görüləcək".
Onun sözlərinə görə, əxlaq polisinin yaradılmasının dövlətçiliyə, dövlətə heç bir mənfi təsiri yoxdur:
"Bizdə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi var. Elə əxlaq polisi də bir növ onun funksiyasını yerinə yetirə, ona yardım edə bilər. Dövlətimiz məsləhət bilsə, bunu etmək var. Nəticəsinin də pis olmayacağını düşünürəm".
Hüquqşünas Emil Aslanov isə Bakıvaxtı.az-a bildirib ki, əxlaq polisinin yaradılmasına ehtiyac yoxdur:
"Bizdə əxlaq polisi olmasa da, polis var. Sırf belə bir hərəkət edənlərə qarşı bizim qanunvericilikdə hansısa cəza nəzərdə tutulmayıb. Amma fahişəliyə cəlbetmə, fahişəliklə məşğul olma maddələri var və şəxslər bu maddələrə görə cinayət məsuliyyətinə cəlb oluna bilər. Cinayət tərkibi varsa, polis belə halları araşdıra bilər. Amma kimsə canlı yayımda sinəsini göstərib pul tələb edirsə, onu həbs edə bilməz. Belə bir maddə yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1442 Tarix: 03 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrBakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd
1 oktyabrSaleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabr"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət
"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"
30 sentyabrAzərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa
30 sentyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabr