Həbs olunan Tağı İbrahimovun "Kempinski Hotel" macəraları - Kef məclisləri, odlu silah...
Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı həbs edilən "Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarı və faktiki sahibi, ATV-nin eks-prezidenti Tağı İbrahimovla bağlı sensasion faktlar üzə çıxıb.
Partlayışdan öncə Tağı İbrahimov Badamdar Kompleksində yerləşən "Pullman Baku" (əvvəlki adı: "Kempinski Hotel Badamdar") otelinin 15-ci mərtəbəsini şəxsi istirahət məqsədi üçün aylıq icarəyə götürüb.
İddialara görə, Tağı İbrahimov həmin məkanın icarəsi üçün aylıq on minlərlə vəsait ödəyirmiş. Həmçinin, sözügedən məkanda tez-tez kef məclisləri təşkil edirmiş.
Bundan başqa, Tağı İbrahimov son illər avtomobilində ovçular mağazasından aldığı ov silahları gəzdirirmiş.
Tağı İbrahimovun təşkil etdiyi bahalı məclislər təkcə bununla bitmir. Onun bu və ya digər xoşagəlməz əməlləri barədə yaxın günlərdə daha geniş araşdırma materialımız olacaq.
Qeyd edək ki, yanan mebel sexinin təsisçisi Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun və "Avesta" şirkətinin sabiq prezidenti hacı İbrahim Nehrəmlinin qardaşıdır./Demokrat.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1148 Tarix: 03 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrBakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd
1 oktyabrSaleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabr"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət
"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"
30 sentyabrAzərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa
30 sentyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabr