Bakıda ata məktəbli qızına təcavüz edən kişinin BOĞAZINI KƏSDİ

Bakıda ata məktəbli qızına təcavüz edən kişinin BOĞAZINI KƏSDİ2024-cü ilin yanvarında metronun "Koroğlu" stansiyasının yaxınlığındakı ticarət köşklərindən birində qətl törədilməsi ilə bağlı Nizami Rayon Polis İdarəsi və Prokurorluğuna məlumat daxil olub.

Oxu.Az xəbər verir ki, hadisə yerinə gələn hüquq mühafizə orqanı əməkdaşları məlumatda göstərildiyi kimi, həmin ticarət köşkünün daxilində təxminən 30-35 yaşında olan kişi meyitinin olduğunu aşkar ediblər.

Ona boğazından bıçaqla zərbə endirilib

Meyitin şəxsiyyəti polisə məlum olmadığı üçün ilkin dindirmələr hadisə baş verən köşkün satıcısından başlayıb. Qətlin yeganə şahidi olan Flora Əliyeva (ad və soyad şərtidir) istintaqa verdiyi ifadəsində hər şeyin qəfil, qısa bir zamanda baş verdiyini bildirib:

"Həmişə köşkdə alış-veriş edən taksi sürücüsü Elvin (ad şərtidir) nəsə almaq üçün yenə bura gəlmişdi. O, yenicə içəri daxil olmuşdu ki, onun ardınca orta boylu, qarabəniz bir nəfər də daxil oldu. Bir neçə dəqiqədən sonra qəfil nə baş verdiyini heç özüm də bilmədim. Həmin şəxs arxadan Elvinə bıçaqla zərbələr endirməyə başladı. Bir neçə zərbədən sonra Elvin yerə yıxıldı və döşəmənin üstü al qana boyandı. Hadisəni törədən isə dərhal oradan uzaqlaşdı".

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyinə görə, mərhum sol boyun yuxu arteriyasının və qırtlağın kəsilməsi, sol döş qəfəsinin daxilə nüfuz edən yarası nəticəsində baş verən kəskin qan itkisi səbəbindən dünyasını dəyişib. Həmin şəxsin Binə qəsəbə sakini Elvin Rüstəmov (ad və soyad şərtidir) olduğu məlum olub.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq tədbirlərinə start verilərkən polisə məlum olub ki, könüllü hüquq mühafizə orqanlarına təslim olan şəxs sözügedən hadisəni törətdiyini etiraf edib və cinayətdə istifadə etdiyi ov bıçağını da polisə təqdim edib.

Məktəbdən ailəyə edilən təəccübləndirici zəng

Qətli törətdiyini etiraf edən Kərim Həsənov (ad və soyad şərtidir) istintaqa ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini vurğulayıb. O, qətlə yetirdiyi Elvin Rüstəmovu əvvəllər tanımadığını və onunla heç bir şəxsi ədavəti olmadığını qeyd edib. Hadisə baş verməmişdən bir neçə ay əvvələ təsadüf edir. Kərim işdə olarkən həyat yoldaşı ona zəng edərək 11-ci sinifdə oxuyan qızları Kübra (ad şərtidir) ilə əlaqədar xəbər verib. Həyat yoldaşı bildirib ki, qızları idman dərsinə girməyib. Buna görə Kərim qızının oxuduğu orta məktəbə gedib və Kübranın həqiqətən də orada olmadığını görüb. Mobil telefonuna zəng çatmadığından ailə üzvləri nə edəcəklərini bilməyiblər.

Kərim ifadəsində bildirib: "Qızım 11-ci sinifdə oxuyurdu. Dinə bağlı olduğu üçün başıbağlı gəzirdi, namaz qılırdı. Buna görə də onun məktəbdən kənar bir yerə getməsini təsəvvür etmirdik. Məktəbdə müəllimələrdən biri onun taksiyə əyləşərək oradan uzaqlaşdığını bildirdi".

Hadisələr bundan sonra başlayıb. Ailə başçısının qızı ilə açıq münasibətinin olmaması səbəbindən Kübranın taksi ilə hara getdiyini öyrənmək anaya həvalə edilib. Kərim ifadəsində qeyd edir: "Qızım evə gələndən sonra hər şey aydın oldu. Anasının onunla söhbətindən bəlli oldu ki, məktəbdə əyləşib getdiyi taksinin sürücüsü Elvinlə bir müddət münasibətləri yaranıb. Elvin əvvəllər də bu qayda ilə onu bir neçə dəfə məktəbdən götürərək aparıb".

Bir neçə dəfə evlənərək boşanmış şəxsin azyaşlı qız sevdası

Kərim Həsənov məsələnin aydınlaşdırılması üçün Elvinin mobil telefonunu taparaq onunla görüşmək istədiyini bir neçə dəfə bildirsə də, qarşı tərəf müxtəlif bəhanələrlə bu görüşdən yayınıb. Qəsəbədə öyrənib ki, Elvin, saysız-hesabsız qızlarla münasibət quraraq onları sonda aldatmaqla tanınmış bir şəxsdir. Hətta onun üç dəfə evlənərək boşandığı barədə söz-söhbətlər yayılıb. Kərim məsələnin daha ciddi olduğunu anlayaraq qızı ilə özü söhbət edib nə baş verdiyini öyrənmək qərarına gəlir. Buna görə də, 11-ci sinif şagirdi Kübra hər şeyi açıb atasına olduğu kimi danışır.

Kübranın istintaqa verdiyi ifadəsindən də bəlli olub ki, onun Elvinlə ilk tanışlığı onun avtomobilindən taksi xidməti kimi istifadə edərkən yaranıb. Kübra ifadəsində bildirib: "Elvinlə birinci tanışlığım onun idarə etdiyi taksi ilə metro stansiyasına gedərkən baş verdi. O, mənimlə olan qardaşımdan yol pulu olan bir manatı alsa da, mənim hicablı olduğumu və özünün də dindar olduğunu deyərək məndən yol pulunu almadı. Bundan sonra da, hazırlığa gedərkən bu hal bir neçə dəfə baş verdi. O hətta arada avtomobildə gözləyərkən mənə çay da alırdı. Bu səbəbdən mənim ona simpatiyam artdı və daha sonra görüşməyə başladıq".

"O mənim azyaşlı qızımın həyatını puç etmişdi"

Kərim qızı Kübra ilə açıq söhbət edərkən ona məlum olub ki, Elvin adi gəzib-dolaşmaq üçün deyil, azyaşlı qızının həyatına təcavüz etdiyi üçün onu məktəbdən götürərək aparıb. Kübra atasına bir dəfə Günəşli qəsəbəsində tanımadığı bir evdə və Binə qəsəbəsindəki "Sovxoz" adlanan ərazidə tanımadığı evlərdə iki dəfə Elvinlə görüşdüyünü və cinsi münasibətdə olduğunu etiraf edib. Əhməd bunları qızından eşidəndən sonra Elvini qəti olaraq həyatdan məhrum etmək qərarına gəlib. Buna görə də, o, "Sədərək" Ticarət Mərkəzindən ov bıçağı alaraq Binə qəsəbəsində Elvinlə rastlaşıb, planını həyata keçirə biləcəyi anı gözləyib.

Kərim ifadəsində bildirib: "O, mənim azyaşlı qızımın həyatını puç edib. Mənim bundan başqa əlacım yox idi. Binə qəsəbəsində onun müştəri götürərək "Koroğlu" istiqamətinə getdiyini gördüm. Başqa avtomobillə mən də o istiqamətə getdim və onu orada marketə girərkən gördüm. Arxasınca mən də girdim".

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Bütün əhəmiyyət kəsb edən sübutlar, şahid ifadələri və təqsirləndirilənin səmimi ifadəsi hüquqi qiymət verilib və Kərim Həsənovun 9 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1227   Tarix: 06 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağcabədidə qanunazid toy: Komitə məsələni NƏZARƏTƏ GÖTÜRDÜ

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ağcabədi rayonunun Avşar kəndində qohum evliliyi ilə bağlı araşdırmalara başlayıb. Bu barədə -a komitədən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda məsələ nəzarətə götürülüb və araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi barədə ictimaiyyət

31 mart
.

Cabir İmanovun məzar daşı niyə hələ də qoyulmayıb? - VİDEO

Ötən ilin sentyabr ayında vəfat edən əməkdar artist Cabir İmanovun məzar daşının hələ də qoyulmadığı müşahidə olunub. xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər bu məsələ ilə bağlı izləyicilər arasında müzakirələr yaradıb. Qeyd olunur ki, C. İmanov 1992-2001-ci illərdə "Parni iz Baku"

31 mart
.

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Abşeronun ən böyük yaşayış məntəqələrindən olan Masazır qəsəbəsində günlərdir su problemi yaşanır. Bu şikayətlə "Qafqazinfo"ya qəsəbə sakinləri müraciət ediblər. Onların sözlərinə görə, qəsəbənin bəzi ərazilərinə içməli su günaşırı verilir. Bu bir yana, artıq 4 gündür ki, içməli su təchizat

30 mart
.

30 min abonentin qazı KƏSİLƏCƏK

Sumqayıtda 30 min abonentin qazı müvəqqəti dayandırılacaq. Bu barədə -a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Belə ki, qaz tənzimləyicisinin təmiri ilə əlaqədar olaraq Sumqayıt şəhərinin 1, 2, 3, 4, 5, 7, 8, 12, 19, 21, 29, 30, 34, 36 və 45-ci məhəllələri, həmçinin, 1, 2, 5 v

31 mart
.

Azərbaycanda 50-yə tibb müəssisəsi TƏMİR OLUNACAQ

Azərbaycanda 49 tibb müəssisəsində əsaslı təmir işləri aparılacaq. -in məlumatına görə, söhbət İnnovasiya və Təchizat Mərkəzi tərəfindən elan olunan iri satınalmadan gedir. Layihə çərçivəsində Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən xəstəxana və digər tibb müəssisələrini

31 mart
.

May ayında 14 gün İŞ OLMAYACAQ

Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə bağlı qeyri-iş günlərinin vaxtı müəyyən edilib. xəbər verir ki, bu il Qurban bayramı 27 və 28 may tarixlərinə düşür. Bununla yanaşı, may 28-də ölkədə Müstəqillik Günü də qeyd olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarın

31 mart
.

Aprelin ilk günündə 25 dərəcə isti olacaq

Aprelin 1-də Bakıda 21, rayonlarda 25 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərd

31 mart
.

Dağlıq ərazilərə qar yağır

Azərbaycanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edir, bəzi dağlıq ərazilərə qar yağır. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, martın 31-i saat 09:00-a olan məlumata əsasən, qar örtüyünün hündürlüyü Şahdağda 49, Zaqatalada (Əlibəy) 11, Qaxda (Sarıbaş

31 mart
.

Arıqlamaq üçün qəhvəni bu vaxtlarda için

Qəhvə arıqlama prosesinə təsir göstərir. Lakin bu, yalnız onu düzgün vaxtda içdikdə mümkün olur. Qəhvə arıqlamaya necə təsir edir?. xəbər verir ki, qəhvə və onun tərkibindəki maddələr aşağıdakı yollarla çəkinin azalmasına və ya qorunmasına kömək edə bilər:. Həftədə orta miqdarda (1-7 fincan) qəhvə içmə

30 mart