"Fransa tərəfindən verilmiş bəyanat ölkəmizə qarşı başladılan qarayaxma kampaniyasının tərkib hissəsidir" - DEPUTAT
Fransa növbəti dəfə Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb. Bu dəfə Fransanın Avropa və Xarici İşlər Nazirliyi Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddialar səsləndirib.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, bu gün iki ölkə arasındakı münasibətlərinin gərginləşməsində əsas günahkar Fransadır:
"Fransanın Avropa və Xarici İşlər Nazirliyi Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə verdiyi açıqlama əsassızdır. Heç kəsə sirr deyil ki, Fransanın bu açıqlamasının arxasında erməni lobbisi dayanır. Fransa tərəfindən verilmiş bu cür qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirməsinə səbəb olacaq. Bu əsassız bəyanat reallığı əks etdirmir və ölkəmizə qarşı başladılan qarayaxma kampaniyasının tərkib hissəsidir".
Deputat vurğulayıb ki,Fransanın Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirməsində əsas məqsəd regionda vəziyyəti yenidən gərginləşdirməkdir:
"Çünki Fransa Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı deyil. Fransa hər zaman təcavüzkar Ermənistanın yanında yer alıb və onun işğalçı siyasətini dəstəkləyib. 30 ilə yaxın bir vaxtda Fransa kimi ölkələrin verdiyi dəstək sayəsində Ermənistan torpaqlarımızın 20 faizini işğalda saxlayıb. Fransanın bu davranışları onun qaranlıq keçmişindən irəli gəlir. Hələ də dünya ictimaiyyəti Fransanın müstəmləkə siyasətini,törətdiyi soyqırımları və etnik təmizləmələri unutmayıb. Fransanın Əlcəzairdə törətmiş olduğu soyqırımı aktı bunun bariz nümunəsidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
İtkin düşən 5 nəfər ötən gün tapılıb
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR