Hərbi qulluqçumuz İNTİHAR ETDİ: Komandiri hansı CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

Hərbi qulluqçumuz İNTİHAR ETDİ: Komandiri hansı CƏZA GÖZLƏYİR? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Vəli Asəf oğlu odlu Abbasov silahdan istifadə etməklə özünü öldürüb. Bu barədə Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

Bildyimiz kimi, qarşılıqlı münasibətlərin pozulması fonunda yaxud özəl bir səbəbdən hərbçilərin, əsgərlərin intihar etməsi halları, silahla ehtiyatsız davranma halları müşahidə olunur. Hər bir hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Hərbi qulluqçular arasında silahla özünü öldürmə halları ciddi məsələdir və həm də hüquqi əhəmiyyət kəsb edir. Əsgərə nəzarət onun tabe olduğu komandirlərə aiddir. Belə olan təqdirdə odlu silahla özünü öldürən əsgərin komandirini hansı cəza gözləyir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, bu kimi hallarda komandirlər verilən məsuliyyətdən danışarkən bir neçə məqama diqqət yetirmək lazımdır. Komandirlər isə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi" və işin içində cinaət əməli varsa Cinayət Məcəlləsinə uyğun olaraq cəzalandırılır:

"Hüquq-mühafizə orqanları tərəfindən baş verən hadisənin səbəbləri araşdırılır. Aydın olursa ki, komandir əgər əsgərə atəş açırsa, bu zaman Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cəzalandırılır. Komandirin əsgərə atəş açmaqda günahı yoxdursa, burada heç bir məsuliyyətdən söhbət gedə bilməz. Əgər əsgər özünə qəsd edirsə, burada geniş araşdırma aparılır. Komandir əgər pis rəftar edirsə, cinayət məsuliyyətinə cəlb edilə bilər. Eyni zamanda əsgərin silahdan ehtiyatsız istifadə etdiyinə görə sübutlar lazımdır. Komandir əsgəri düzgün məlumatlandırmayıbsa və düzgün təlim keçməyibsə bu zaman onu cinayət məsuliyyətinə cəlb etmək olar. Cinayət məsuliyyəti üzrə aparılan araşdırmalar ağırdır. Əgər hərbi prokurorluq müəyyən etsə ki, hərbçinin özünü öldürməsində komandirlərin cinayət tərkibli fəaliyyəti olubsa, onlar məsuliyyət daşıyırlar. Əgər hərbi prokurorluq müəyyən etsə ki, hərbçinin intiharında komandirlərin cinayət tərkibli fəaliyyəti olubsa, onlar məsuliyyət daşıyırlar.Bu baxımdan məsələnin cinayət tərəfi detallı araşdırılmalıdır.

Əkrəm Həsənovun sözlərinə görə, hərbi xidmətdə çox zaman baş verənləri bilmək çətin olur:

Əsgərin başına gələn hadisəyə görə komandirə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi"nə uyğun olaraq töhmət verilə bilər. Yəni komandir hərbi xidmətə görə məsuliyyət daşıyır. Yəni veriləcək cəza Cinayət Məcəlləsinə uyğun olan bir hal deyil. Sözügedən cəza tədbirləri nizamnamədə göstərilmişdir".

Xatırladaq ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3252   Tarix: 06 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr