COP29-da 80 minə yaxın TURİST GƏLƏCƏK: Evlərin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA

COP29-da 80 minə yaxın TURİST GƏLƏCƏK: Evlərin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMABakıda gerçəkləşəcək COP29 tədbiri ilə əlaqədar hazırlıqlar davam edir. Paytaxtda 80 minə yaxın turistin gələcəyi gözlənilir və bu rəqəmin artacağı bildirilir. COP29 tədbiri Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Paytaxtda sıxlığın qarşısını almaq, gələn qonaqların təhlükəsizlyini təmin etmək məqsədilə tədbirlər həyata keçirir. Həmin ərəfədə məktəblərdə payız tətilinin müddəti uzadılıb və bir sıra şadlıq saraylarında toylar təxirə salınıb.

Bu gün daşınmaz əmlak bazarında qiymətlərdə artım müşahidə olunur. COP29-da 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. Həmin turistlərin axını daşınmaz əmlak bazarına necə təsir edəcək? Qiymət artımı gözlənilirmi?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, Azərbaycanda hər il müxtəlif formada tədbirlər keçirilir. Bu tədbirlərə hər il qonaq qismində turistlər gəlir. Lakin COP29 Azərbaycanda keçiriləcək ən böyük tədbirlərdən biridir:

"Tədbirə qonaq gələcək insanların sayı bəzi rəqəmlərə görə, 80 minə yaxındır. Bu rəqəmin isə artacağı ehtimal edilir. Əgər hansısa bir dövlət tədbiri baş verirsə, dövlət öz işini əvvəldən tənzimləyir. Gələn bütün qonaqlar ilə bağlı hazırlıq işləri görülür. Ölkəyə turist qismində yaxud tədbirə gələn rəsmi şəxslərin gəlməsi, tədbirin davam etməsi ortalama 12-15 gün çəkəcək. Bunun əmlak bazarında ciddi qiymət artımına səbəb olacağını düşünmürəm. Burada yalnız qiymət artımı gündəlik verilən kirayə evlərdə və otellərdə ola bilər. Tədbirə gələn insanlar iştirak edib geri dönəcəklər. Bunun əmlakların satışı ilə heç bir əlaqəsi yoxdur".

Ekspertin sözlərinə görə, dünya ölkələrindən əmlak alan xarici vətəndaşlar həmin ölkə ərazisində zamanla gəzintilər keçirirlər. Ölkənin təbiəti və şəraiti xoşlarına gəlibsə, həmin xarici vətəndaşlar oradan daşınmaz əmlaklar alırlar:

"Azərbaycanda da bu belədir. Azərbaycanlılar xarici ölkələrə müxtəlif səfərlər edirlər. Bəyəndikləri ölkələrdə isə daşınmaz əmlaklara investisiya qoyurlar. Azərbaycana turist qismində gələn minlərlə xarici vətəndaş işlə əlaqədar, yaşamaq üçün hər hansı daşınmaz əmlaka yatırım edirlər. Bu Azərbaycanın əmlak bazarına müsbət təsir edəcək. Hal-hazırda COP29 tədbirinə qədər paytaxt Bakı şəhərində yerləşən binaların fasad boyaları dəyişilir və təmir-bərpa işləri gedir. Hər hansısa çoxmənzilli binaya əlavə xərc qoyulursa, xarici görkəmi gözəlləşirsə bu satış qiymətlərinə öz təsirini göstərir və artıma gətirib çıxarır. Həmin binaların restavrasiyası onlara olan tələbatı artıracaq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1518   Tarix: 06 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr