Yeni parlamentin deputatları nə qədər maaş alacaq?

Yeni parlamentin deputatları nə qədər maaş alacaq?1 sentyabr tarixli növbədənkənar parlament seçkiləri arxada qaldı. Budəfəki seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə apardı. İlkin nəticələrə uyğun olaraq dairələr üzrə lider namizədlər müəyyənləşib. Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 22-dək dairələr üzrə nəticələri təsdiqləməli və baxılması üçün Konstitusiya Məhkəməsinə göndərməlidir. Yekun nəticələrə Konstitusiya Məhkəməsi nöqtə qoyacaq.

Yeddinci çağırış Milli Məclisin üzvü olacaq deputatların nə qədər maaş alacağı maraq doğuran məsələlər sırasındadır.

Modern.az-ın məlumatına görə, hələ 2022-ci ildə "Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında" qanuna olunan dəyişiklik deputatların maaşını da əhatə edib.

Belə ki, dəyişikliyə əsasən, deputatların maaşı 43% artırılıb, onlara aylıq maaşlarının bir mislində deyil, iki mislində əlavə verilib.

Qanunvericiliyə dəyişiklik edilməzdən əvvəl Milli Məclisin sədrinin maaşı 2475 manat idi. Dəyişiklikdən sonra spikerin əməkhaqqı 43%, yəni təxminən 1075 manat artıb. Bununla da, Milli Məclisin sədrinin aylıq vəzifə maaşı 3550 manat olub.

Bundan əlavə, təklif olunan dəyişikliyə əsasən, Milli Məclisin sədri hər ay vəzifə maaşının iki misli məbləğində maaşa əlavə alır.

Nəticədə, hazırda Milli Məclisin sədrinin aylıq rəsmi gəliri 10 650 manat təşkil edir.

Maaş artımı sıravı deputatlardan tutmuş Milli Məclisin sədr müavinləri, komitə sədrlərinə qədər hamıya şamil olunub.

Milli Məclisin sədrinin birinci müavini bu dəyişikliyə qədər aylıq 2227.5 manat əmək haqqı alırdısa, yeni qanunun qəbulundan sonra onun rəsmi maaşı 3195 manat olub. Bu məbləğin üzərinə hər ay vəzifə maaşının iki misli məbləğində əlavə gələndə həmin məbləğ 9585 manata çatır.

Milli Məclisin sədr müavinlərinin maaşı isə 2103.75 manatdan 3017.5 manata qalxıb. Bu məbləğin üzərinə aylıq vəzifə maaşının iki misli məbləğində əlavə gələndə, onların gəlirləri 9052.5 manata yüksəlib.

Milli Məclisin komitə və komissiya sədrlərinin əmək haqları 1980 AZN idisə, 2022-ci ildən sonra bu məbləğ 2840 manat olub. Bu məbləğin üzərinə hər ay vəzifə maaşının iki misli məbləğində əlavə olunanda isə həmin rəqəm 8520 AZN-ə çatıb.

Milli Məclisin komissiya sədrinin müavinlərinin əmək haqları 1856,25 manatdan 2662.5 manata çatdırılıb. Bu məbləğin üzərinə vəzifə maaşlarının iki misli məbləğində əlavəni gələndən sonra onların aylıq gəlirləri 7987.5 manat təşkil edir.

Sıravi deputatların maaşları da 43% artırılıb. Belə ki, iki il əvvələ qədər 1732.5 AZN əmək haqqı alan deputatın maaşı 2022-ci ildən sonra 2485 manat olub. Bu məbləğin üzərinə vəzifə maaşının iki misli məbləğində vəzifə əlavəni gələndə isə onların gəlirləri 7455 manata yüksəlib.

Altıncı çağırış Milli Məclisin bəzi deputatları məlumatı Modern.az-a təsdiqləyiblər.

Xatırladaq ki, deputatların gəlirlərinin vergiyə cəlb olunan hissəsi yalnız vəzifə maaşlarıdır. Yəni onlara verilən vəzifə maaşına əlavələrdən vergi tutulmur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1459   Tarix: 06 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr