Xırdalan və Masazıra nə zaman metro çəkiləcək?

Xırdalan və Masazıra nə zaman metro çəkiləcək?Elməddin Muradlı: "Yerüstü nəqliyyatın yaratdığı problemləri nəzərə alsaq, yeraltı nəqliyyata keçid daha da sürətlənməlidir"
Bakı dünyanın sürətlə inkişaf edən və beynəlxalq tədbirlərin sıx keçirildiyi ölkələrdən biridir. Eyni zamanda ölkəmizə gələn turistlərin əksəri Bakıda məskən salır. Bu tendensiya daha da artacaq.
Ətraflı

Bunlar yaxşıdır, amma fakt bundan ibarətdir ki, Bakı əhalisinin ömrü tıxaclarda çürüyür. Artıq dözülməz bir vəziyyətdir: Xüsusilə tıxaclar 20 Yanvar-Xırdalan, Masazır istiqamətində qeydə alınır. Bu, həm də onunla nəticələnir ki, 20 Yanvar tıxananda Tiflis prospekti, Zərdabi və Mətbuat prospektləri, Dərnəgül yolu, 3-cü mikrorayon dairəsi də iflic olur. Çünki bu yollarda hərəkət zəncirvari şəkildə bir-birinə bağlıdır.

Son vaxtlar manatlıq taksilərin yoxa çıxması nəticəsində Xırdalan və Masazıra gündəlik gedib-gələn insanlar da saatlarla yollarda qalır.

Ekspertlər bildirir ki, tıxacların qarşısının alınması üçün dövlət təcili, təxirəsalınmaz addımlar atmalıdır. Bu sırada Biləcəriyə, Xırdalana, Masazıra metro xəttinin sürətli çəkilişinin başlaması, bəzi hissələrdə yeraltı aparmaq mümkün olmadığı halda, metro yerin üstü ilə çəkilməlidir.

Bunun üçün kifayət qədər imkanlar var. Məsələn, hazırda metronun Avtovağzal və Xocasən stansiyaları var. Onların istiqamətində cəmi 3-4 kilometrlikdəki Xırdalana və Masazıra, Biləcəriyə metro xətti çəkilərsə, gündəlik azı 100 min insan rahatlıqla evinə gedər, hətta maşını olanlar da bu nəqliyyatdan istifadə edər.

Bakının baş planında Xırdalana metro çəkilməsi məsələsi vardı, amma sonra bundan danışılmadı.

Metropoliten özü bildirir ki, bu, onların investisiya planında mövcud deyil.

Ancaq bu, təkcə metropoliten işi olmamalıdır, dövlət təcili müdaxilə etməli və təcili tədbirlər görülməlidir. Çünki faktiki olaraq şəhər iflic duruma düşür və getdikcə daha ağır vəziyyət yaranacaq. Bu, istehsala da, dövlət xidmətlərinə də böyük mənfi təsir edən məsələdir. Ən əsası, vətəndaşlar belə zillət içərisində nə qədər yaşamalıdır?

Xatırladaq ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən metro stansiyalarının sayının 25-dən 46-ya çatdırılması nəzərdə tutulur.

"28 May" stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq.

2027-ci ilədək "28 May"-"Cəfər Cabbarlı" keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır. 2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,6 kilometrdən 73,4 kilometrə, stansiyaların sayının isə 25-dən 46-a çatdırılması nəzərdə tutulur.

Elməddin Muradlı: "İndiki artım o qədər də fantastik bir məbləğ deyil, sadəcə, 10 qəpik artım olub"

Nəqliyyat eksperti Elməddin Muradlı "Yeni Müsavat"a bildirdi ki, Bakıda bir neçə istiqamətdə metro xətlərinin çəkilməsi nəzərdə tutulur: "Baş planda metro stansiyalarının sayının indikindən iki dəfə artıq olması nəzərdə tutulur. Ümumilikdə, 60-a yaxın metro stansiyasının olması əhali üçün çox böyük dəyişiklik deməkdir. Hələ ki stansiyaların sayının artırılması ilə bağlı planda Xırdalan nəzərə alınmayıb. Təəssüf ki, Azərbaycanda bir metro stansiyasının tikintisi bəzən 3 ildən 10 ilə qədər vaxt apara bilər. Operativ iş, ciddi yanaşma çətindir. Bu, Tağı Əhmədovun vaxtından qalma ənənədir. Yeni rəhbərliyin dövründə bir dəfə ortaya yaxşı nəticə qoyulub. Ümid edirəm ki, davamlı yanaşma olsa, nəticə ürəkaçan olar. Bildiyim qədər bəzi istiqamətlərdə çəkilən metro stansiyalarının tikintisi dayandırılıb. Maliyyə problemi var, işçilər ixtisara salınır. Biləcəri, Masazır, Xırdalana mütləq metro çəkilməlidir. Buna ciddi ehtiyac var. Yerüstü nəqliyyatın yaratdığı problemləri nəzərə alsaq, yeraltı nəqliyyata keçid daha da sürətlənməlidir. Dəmir yolu şəbəkəsində elə bir sistem qurmaq olar ki, metro qatarları da keçə bilsin. Praqmatik yanaşma olsa, vahid idarəetmə sistemi qurulsa, çox maraqlı layihələr həyata keçirmək olar. Əlaqələndirilmiş sistem qurmağa çalışırlar. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi mərkəz rolunu oynayır. Bütün strukturlar nazirlikdə birləşib, yalnız Azərbaycan Avtobomil Yolları Dövlət Agentliyi ayrıca struktur kimi qalıb. Bir mərkəzdən idarə olunmanın əsas üstünlüyü odur ki, perspektivli layihələri ortaya qoymaq mümkün olur". (Yeni Müsavat)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1887   Tarix: 12 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr