Nazirlik Hacı Ramazanla 14 milyonluq iş görür

Nazirlik Hacı Ramazanla 14 milyonluq iş görürTəhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təhcizat İdarəsi elan etdiyi iki tenderin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, idarə hər iki tenderə məktəbəqədər təhsil müəssisələrinə müxtəlif əşya və avadanlıqlar almaq üçün start verib.

Qeyd edək ki, birinci tenderin dəyəri 7.890.152,46 manat təşkil edir. Bu pulla idarə məktəbəqədər təhsil müəssisələrinə digər malları satın alacaq. Rəsmi mənbələrdə "digər mallar" dedikdə uşaqlar üçün oyuncaqlar və yumuşaq digər vasitələrin alınması qeyd edilib. Yəni, Təhsil Nazirliyi məktəbəqədər hazırlıq müəssisələrinə qeyd edilən qədər pul xərcləməyi qərarlaşdırıb.

Digər tender isə məktəbəqədər təhsil müəssisələrinə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınmasını ehtiva edir. 6.964.930,71 manatlıq müqaviləyə əsasən nazirlik əsasən inventar alınmasını həyata keçirəcək.

Maraqlı məqamlardan biri də budur ki, hər iki tender üzrə satınalma müqaviləsi Bakıda iri tenderlərin "qənimi" kimi tanınan "VEST-LTD" QSC ilə bağlanılıb.

Bu şirkətin eyni zamanda həm yumuşaq inventar, həm də oyuncaqlar satması qəribədir. Bundan başqa, Tribunainfo.az internet üzərindən açıq mənbələrdə apradığı araşdırma zamanı başqa mətləbləri də üzə çıxarıb. Məlum olub ki, bu şirkət təkcə yumuşaq inventar və ya oyuncaq satmır. Həm də dam örtükləri vurur, yol çəkir və sairə. Məsələn, Bakı şəhər Əsaslı Tikinti və Təmir MMC 02.03.2020-ci ildə "Vest LTD" QSC-yə damların təmiri üçün 9992560.78 manat pul ayırıb. Elə həmin vaxt Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə də 299096 manat məbləğdə satınalma müqaviləsi bağlayıb.

Amma proses təkcə bununla bitimir. "Vest LTD" QSC 1 saylı Bakı Tibb Kollecinin də elan etdiyi tenderin qalibi olub. Bu dəfə şirkət cari təmirlə bağlı 44608 manat, əsaslı təmirlə bağlı 48729 manat, abadlaşdırma ilə bağlı isə 9766 manat manat pul əldə edib.

"Vest LTD" QSC-nin fəaliyyəti əyalətlərə də uzanıb. Şirkət bir neçə il əvvəl Ucar İcra Hakimiyyəti Başçısının Ucar Şəhəri Üzrə Nümayəndəliyi ilə də satınalma müqaviləsi imzalayıb. Bu dəfə şirkət profilini dəyişərək, yol çəkən kimi çıxış edib. Və yolların əsaslı təmir ilə bağlı 337134 manat pula sahiblənib.
Xatırladaq ki, sözügedən QSC təkcə 2022-ci ildə maliyyə dəyəri 14 575 879 .02 AZN təşkil edən 23 satınalma müqaviləsi imzalayıb. Yəni, 23 tenderin qalibi olub.
Bəs, bu "tender əjdahası" kimə məxsudur? Rəsmi mənbələrdə "Vest-LTD" QSC 14 aprel 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2050 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cavad xan küçəsi, ev 51, mənzil 46-da yerləşir. QSC-nin qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur.

Lakin iddia edilir ki, Şahin Verdəliyev şirkətdə formalı şəxsdir. Çünki həmin şirkətin əsl sahibinin Hacı Ramazan Mirzəyev olduğu deyilir. Bu şəxs də "tender kralı" hesab olunur. Onun bundan başqa, "Yukon-K", "Astok-5", "Foodr 21", "Vinsfud", "Vertus 2018", "Local LLC", "Green SS", "Ardo-2017", "Təchizat Servis-18", "Hermes-R Group", "Staples Holding","Aztex-NN Servis", "Gibernes MM", "Katlos 2020", "Local LLC", "Forvard-SS", "Olimpic HH", "Kross Good", "Faraon 200", "Rudel Marketing" MMC- kimi şirkətlərə sahib olduğu da deyilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 953   Tarix: 12 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr