Həyatını bədən dili ilə YAŞAYANLAR: Nə dərəcə DOĞRUDUR? - AÇIQLAMA

Həyatını bədən dili ilə YAŞAYANLAR: Nə dərəcə DOĞRUDUR? - AÇIQLAMABədən dili duyğularımızın və düşüncələrimizi ifad edən hərəkətlər toplusudur. İnsanlar həyatları boyu bədən dilindən stifadə edirlər, çox vaxt bundan xəbərsizdirlər. Ancaq sözlərini idarə etdiyi kimi, bədən gərəkətlərini idarə edə bilmir. Bədənimiz hadisələrə daha çox kortəbii reaksiya verir. Düşüncələrimizi gizlətmək mümkün olsa da, lakin bədən dilimizi gizlətmək çox vaxt mümkün olmur.

Amma həyatlarını bədən dili ilə yaşayanlar var. Hər nə qədər bədən dili ilə bağlı qaranlıq məqamlara psixologiya elmində aydınlıq gətirilsə də, bəzi insanlar həmin dilə çox önəm verirlər. Bəs bu nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyib ki, psixologiyada bədən dili düşüncənin ifadəsi ilə assosiasiya olunur. Ümumiləşdirilmiş bədən dili anlayışı yoxdur. Hər kəsin öz bədənin dili var. Bədəni dili fərdidir. Hansısa jestlər şəxsin düşüncəsini ifadə etməyə bilər:

"İlkin müşahidə zamanı bədən dilinə diqqət edilir. Bədən dilində psixoloji halın nizamsızlığı varsa, şəxslə bağlı ilkin şübhəyə əsas yaratmaq olar. Amma bu şəxsin ümumi davranışında da qeyri-adekvatlığını göstərəcəkdir. Ən yaxşı bədən dili susmaqdır. İnsan danışmağa başlayanda jestlər və mimikalar hərəkətə keçir. İnsan bədən dilini bloklayada bilər. Ona görə də, şəxsin jest və mimikaları susmayanda diqqətə alınır".

Psixoloqun sözlərinə görə, bədən dili şəxsə görə dəyişir. Hansısa hərəkətə şəxsin yüklədiyi məna çox vacibdir. Bir nəfərin etdiyi hansısa mənfi jest, başqasında müsbət jest ola bilər:

"Jestlər və mimikalar həmin anın təzahürüdür. İnsan hadisəyə özünü ifadə etmək istədikdə, hadisəyə uyğun təcrübəsini ifadə edir. Aqressiv davranışları ümumiləşdirmək olar, amma sabit halı bədən dili ilə ifadəsini dəyərləndirmək doğru deyil. Bədən dili ilə hərəkət şəxslərin mövqeyi eyni deyil. Bədən dilini doğruluğu üçün şəxs sorğulanmalıdır. Jestlər və mimikaları ancaq şəxs özü deyə bilər ki, hansı fikri ifadə etmək istəyir. Başqasının davranışlarını mənalandırmaq qınaq və qərəz yarada bilər".

Rövşən Nəcəfov vurğulayıb ki, biznes psixologiyasında bədən dili uyğunluq formalaşdırır. İş həyatında insanlar özlərini etiket qaydaları ilə ifadə edir. Ümumiləşdirmiş bədən dili var ki, bunlar artıq biznes psixologiyasında doğrular hesab olunur:

"Şəxsin ünsiyyət zamanı hərəkətləri onun mədəniyyətini göstərir. Hörmət əlaməti olaraq insanlar bir-birlərinə qarşı diqqətli olurlar. Hər işin öz qaydası, həm də bədən dili var. Peşəyə görə davranış qaydaları formalaşıbdır. Uzun illər hansısa sahədə istər geyim, istərsə də hərəkət standartlar yaradıb. Bu artıq peşəyə uyğun çərçivənin mövcudluğudur. Şəxsi münasibətlərdə isə hansısa bədən dilinin konkretliyi mövcud deyil, şəxsə görə dəyişir. Hansısa kitabı oxuyub həyat tərzi yaratmaq doğru deyil. Kitablar təcrübənin yaratdığı düşüncənin ifadə formasıdır. Heç bir kitab insana qayda qoya bilməz. Amma düşüncə yarada bilər. İnsanın həyata baxış inancları düşüncələri ilə tənzimlənir. Hər kəsin həyata baxışı eyni olmadığı üçün öyrənilən hansısa fikir də eyni qəbul edilmir. Şəxsin qəbul etdiyi anlayışlar onun bilik və təcrübələrinə bağlıdır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1236   Tarix: 19 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr