Paytaxt ərazisində özünü DİN işçisi kimi təqdim edən şəxslər peyda OLUB - RƏSMİ AÇIQLAMA
Paytaxt ərazisində mənzillərin ətrafında özlərini Daxili İşlər Nazirliyinin işçisi kimi təqdim edən bir qrup şəxslər peyda olub.
Sonxeber.az xəbər verir ki, bu barədə məlumat "WhatsApp" platformasında yayılıb. Bildirilib ki, həmin şəxslər Daxili İşlər Nazirliyinin fərqlənmə nişanı olan sənəd və blankları gəzdirir. Eyni zamanda qarşıdan gələn "əhalinin siyahıyaalınması" ərəfəsində bütün sakinlərdə etibarlı şəxsiyyət vəsiqələrinin olub-olmadığını yoxlamalı və biometrikadan keçməli olduqlarını iddia edirlər:
"Daxili İşlər Nazirliyinin formasını geyə bilərlər. Onlar sizin fotoşəkilinizi, barmaq izini "bir sxemin bir hissəsi kimi" çəkmək istədiklərini bildirirlər. Əllərində noutbuk, biometrik cihaz və sakinlərin siyahısı var. Bu siyahını göstərirlər və bütün bu məlumatları tələb edirlər. Nəzərinizə çatdırırıq ki, hökumət tərəfindən belə təşəbbüslər yoxdur. Zəhmət olmasa heç bir biometrik məlumat verməyin! Qapını açmayın və evə girmək qadağandır! Oğurluq və saxtakarlıq edə bilərlər. Dövlət qurumlarında rəsmi prosedurlar olmadan heç bir məlumat verməyin. Ayıq olun".
DİN-in Mətbuat Xidmətindən Sonxeber.az-a bildirilib ki, bununla bağlı polis orqanlarına hər hansı məlumat daxil olmayıb. Əgər hansısa vətəndaş bu halda dələduzluğa məruz qalma riski ilə üzləşərsə və ya şübhə yaranarsa polisə, eləcə də 102 xidməti zəng mərkəzinə məlumat verməyi tövsiyyə olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1314 Tarix: 19 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrVətən müharibəsinin başlamasından altı il ötür
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu
27 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabr