Azərbaycanda bu tarixdə devalvasiya OLA BİLƏR - AÇIQLAMA

Azərbaycanda bu tarixdə devalvasiya OLA BİLƏR - AÇIQLAMAİqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb. Bununla bağlı Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir.

Eyni zamanda, ABŞ-nin mərkəzi bankı kimi çıxış edən Federal Ehtiyat Sistemi (FED) sentyabrın 17-18-də keçirilən ikigünlük iclasının sonunda uçot dərəcəsini 50 baza bəndi - illik 4.75-5.25% səviyyəsinə endirib. Belə olan təqdirdə manat məzənnəsini qoruyacaq, yoxsa ucuzlaşacaq?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı Natiq Cəfərov deyib ki, Federal Ehtiyat Sisteminin yaxud başqa bir ölkənin mərkəzi bankının atdığı addımların Azərbaycan manatına birbaşa heç bir təsiri yoxdur:

"Azərbaycan manatı bazarda məzənnəsi müəyyən olunan valyuta deyil. Azərbaycan mədəniyyəti inzbati qaydada tənzimlənən məzənnə rejimi ilə fəaliyyət göstərir. Son 9 ildir ki, Azərbaycan manatının məzənnəsi inzibati olaraq 1 manat 70 qəpik saxlanılır. Dünyada faizlər artıb. FED-də faizləri artırdığını görmüşük. Hətta onun 0,25 faiz uçot dərəcəsinin olduğu vaxtlarda var idi. 2019-2020-ci ildə bunun Azərbaycan manatına təsiri olmayıb. Məzənnə hökumət və Mərkəzi Bankın qərarına əsasən dəyişir. Nə zaman qərar verilsə, məzənnə dəyişəcək".

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, federal ehtiyat sisteminin faiz dərəcəsini endirməsi dünyada dolların ucuzlaşması deməkdir:

" Dollar üzrə bank faizlərinin enməsi deməkdir. Dollar burada daha ucuz maliyyə aləti olur. Manatın bu fonda ucuzlaşması gözlənilmir. amma biz də dollar ucuzlaşmayacaq. 2017-ci ildən bəri Azərbaycanda dəyişmir. Yaxın 1 ildə Azərbaycanda devalvasiya gözlənilmir. Bu ehtimal yüksək deyil. Dünyada hər şey hər an dəyişə bilər. COP29 tədbiri və ondan sonra hər hansı bir dəyişiklik olmayacaq. Azərbaycanda investisiya mühiti yaxşılaşdırılmalıdır. Amma kifayət qədər valyuta egtiyatlarımız var. Buna görə də, məzənnəni lazımi çərçivədə saxlaya bilirik. Qısamüddətli perspektivdə gözlənti yüksək deyil. Amma yaxın 3 ildə devalvasiya olacaq. Bunun baş verməsi gözləniləndir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2866   Tarix: 19 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr