"Bir günlük antiterror tədbirləri ilə Azərbaycan tam olaraq ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etdi" - DEPUTAT
Bu gün - sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bir il ötür. Həmçinin, Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, cənab prezident İlham Əliyevin Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında imzaladığı sərəncam əminəm ki, hər bir Azərbaycan vətəndaşını qürurlandırdı:
"Lokal xarakterli antiterror tədbirləri üçtərəfli bəyanatın müddəalarının təmin olunması sürətləndirdi. Antiterror tədbirlərindən sonra genişmiqyaslı təxribatların qarşısı alındı və Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarıldı. Ən önəmlisi isə işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçuların təhlükəsizli təmin olundu.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərdən sonra Ermənistan 3 il ərzində Ermənistan 10 noyabr üçtərəfli bəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınırdı. Xüsusilə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxıarılması ilə bağlı. Çünki Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarında qalması regional sülh və sabitlik üçün ciddi təhlükə yaradırdı. 2023-cü ilin yay aylarında Ermənistan silahlı birləşmələri tərəfindən sistemli şəkildə müxtəlif təxribatlar törədilirdi və Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulur, ərazilərimizin minalanması davam etdirilirdi. 2023-cü il sentyabrın 19-da erməni silahlı qüvvələri yenidən bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətməsi nətiəsində Ağdam və Şuşa şəhərlərində iki mülki əməkdaş həlak oldu. 2020-2023-cü illər ərzində dövlətimiz tərəfindən Ermənistana və beynəlxalq təşkilatlara müraciət etsə də qarşı tərəf üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırırdı. Əlbəttə, Azərbaycan Ermənistanın məsuliyyətsizliyinə və təxribatlarına göz yuma bilməzdi. Elə də oldu. Azərbaycan öz torpaqlarında təhlükəsizliyi təmin etmə hüququndan istifadə edərək lokal xarakterli antiterror tədbirlərinə başladı".
Deputat qeyd edib ki, cəmi 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində erməni separatçılar ağ bayraq qaldıraraq təslim olmağa məcbur oldu:
"Sentyabrın 28-də da Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. 24 saatdan az müddətdə davam edən antiterror tədbirləri nəticəsində qanunsuz şəkildə Azərbaycan torpaqlarında fəaliyyət göstərən Ermənistan ordusu tam şəkildə tərksilah edildi və Qarabağda qeyri-qanuni xunta rejimi ləğv olundu, separatçıların əsas rəhbərləri həbs edildi. Bir günlük antiterror tədbirləri ilə Azərbaycan tam olaraq ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etdi. Ən önəmlisi isə bir günlük antiterror əməliyyatı Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa etdi".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə