"Dövlət Suverenliyi Gününün təsis edilməsi hər bir Azərbaycan vətəndaşının arzusu idi" - Emil Əkbərov
Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
Bununla bağlı Sonxeber.az-a danışan "BiG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib ki, cənab prezident İlham Əliyevin Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında imzaladığı sərəncam hər bir vətəndaşımızın, xüsusilə şəhid ailələrinin böyük arzusu idi:
"Cənab prezidentin imzaladığı bu sərəncam həm 44 günlük Vətən müharibəsi dövründə həm də antiterror tədbirlərində şəhid olan oğullarımızın ruhuna böyük ehtiramdır. Bilirsiniz ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bir il ötür. Cəmi 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri Ermənistanın 3 ilə yaxın müddətdə yerinə yetirmədiyi üçtərəfli bəyanatın 4-cü bəndinin icrasını tezləşdirdi. Bəyanatın 4-cü bəndinə əsasən Ermənistan silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılmalı idi. Amma Ermənistan Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən silahlı qüvvələrini çıxarmaqdan boyun qaçırırdı. Ermənistan 3 il ərzində Azərbaycan tərəfinin xəbərdarlığından nəticə çıxarmadı, ərazilərimizin minalanmasını davam etdirdi və sistemli şəkildə təxribatlara əl atdı. Həmin təxribatların nəticəsində Ağdam və Şuşa şəhərlərində iki mülki əməkdaş həlak olub. Azərbaycan Ermənistanın növbəti işğalçı siyasətinə göz yuma bilməzdi. Çünki Azərbaycan torpaqlarında qanunsuz fəaliyyət göstərən erməni silahlı qüvvələri suverenliyimizə və ərazi bütövlüyümüzə təhdid idi. Ona görə də Azərbaycansentyabrın 19-u Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başladı".
Emil Əkbərov qeyd edib ki, cəmi 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri ərazi bütövlüyümüzü və dövlət suverenliyimizi tam bərpası ilə nəticələndi:
"Azərbaycan ordusunun qarşında tab gətirməyən erməni separatçılar ağ bayraq qaldıraraq təslim oldu, Qarabağda qeyri-qanuni fəaliyyət göstərən xunta rejimi ləğv olundu. Ən önəmlisi isə separatçıların əsas rəhbərləri həbs edilərək Bakıya gətirildi. Bir sözlə cəmi 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri Ermənistana, onun havadarlarına Azərbaycan ordusunun gücünü bir daha sübut etdi".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə