"Azərbaycanda Dövlət Suverenliyi Günü"nün təsis edilməsi suverenliyimizin nidasıdır" - Bəhruz Quliyev
"Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycanda Dövlət Suverenliyi Günü"nün təsis edilməsi haqqında Sərəncam ərazi bütövlüyümüzün və suverenliyimizin tarixi gün kimi əbədiləşdirilməsi baxımından əhəmiyyətlidir".
Bu sözləri Sonxeber.az-a açıqlamasında "Səs" qəzetinin Baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
O, bildirib ki, Ermənistan 30 illik işğal dövründə Azərbaycanın günahsız insanlarını qətlə yetib, tarixi memarlıq nümunələrini məhv edib, yaşayış binalarını, ərazilərinin dağıdıb:
"Dünya birliyi isə Ermənistanının bu cür vandalizm aktlarına seyriçi yanaşıb. Bu ədalətsiz yanaşmanın kökündə ikili standartlar dayanırdı. Azərbaycan 44 günlük Vətən Müharibəsi ilə ikili standartları ardan qaldırdı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu: "2020-ci ildə Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. 2023-cü ilin aprelin 23 -də isə Xankəndi-Laçın yolunun başlanğıcında, Həkəri çayının üzərində sərhəd- keçid məntəqəsi quruldu, bunla da suverenliyimiz təmin olundu. 44 günlük Vətən savaşında ermənilərin aldıqları cəzalara baxmayaraq onlar öz mənfur, xəyanətkar əməllərindən əl çəkmədilər. Vaxtaşırı olaraq separatçıların cəmləşdikləri Xankəndi istiqamətindən Şanlı ordumuza qarşı təxribatlar həyata keçirdilər".
Bəhruz Quliyev vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyev dəfələrlə ermənilərə xəbərdarlıq etsə də onlar nəticə çıxarmadılar:
"Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumu törətdilər. Bu da Qəhrəman Azərbaycan ordusunun Qarabağdakı erməni terrorçularının zərərsizləşdirilməsi üçün antiterror əməliyyatlar keçirməyə sövq etdi. Beləliklə 2023-cü ilin 19 sentyabrında əməliyyatlar başladı və 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Separatçılar ağ bayraq qaldırıb təslim oldular. Qarabağda həyata keçirilən antiterror əməliyyatları dünya hərb tarixinin mükəmməl örnəyi olmaqla yanaşı, suverenliyimizin bərpası, həm də erməni işğalına qarşı mübarizənin nidası oldu. Eyni zamanda, bu qələbə tarixləri Xalqla Liderin birliyi, həmrəyliyi və gücünün göstəricisi oldu. Belə bir qəhrəmanlıq səlnaməsinin tarixi gün kimi qeyd olunması isə gələcək nəsillərə bir töhfədir. Bu qürürverici anları, tarixi günü Prezident İlham Əliyev imzaladığı sözügedən Sərəncamla əbədiləşdirdi. Bu tarixi gün münasibəti ilə dünya azərbaycanlılarını təbrik edirəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə