"Sirab"ın su sifarişlərindən ŞİKAYƏTLƏR – Şirkət müştəriləri günlərlə susuz qoyur
"Sirab"ın Bakı ərazisində evlərə su çatdırılmasına görə şikayətlərin sayı artıb.
Yenicag.az-a müraciət edən müştərilər bildiriblər ki, "Sirab" su sifarişləri zamanı müştərilərə sayğısız yanaşırlar. Onlar qeyd edib ki, şirkət guya telefon tətbiqləri üzərindən sifarişləri qəbul etmək üçün xidmət təşkil edib, lakin bu sifarişlər günlərlə gecikir.
Müştərilər bildirib ki, sifarişləri qəbul etdikdən sonra "Sirab" suları bir gün sonraya çatdırılacağını desə də, sifariş edilən sular günlərlə evlərə çatdırılmır. "Bəhanə edirlər ki, Bakıda Formula 1 yarışları keçirildiyi üçün yollar bağlıdır. Formula 1 yarışları qurtardığı halda, müştərilərinə bu bəhanəni gətirirlər," – deyə müştərilər qeyd edib.
Müştərilər qeyd edir ki, "Sirab" bir müddət əvvəl mənzillərə çatdırılan suların qiymətini qaldırıb. Şirkət bu qiymət artımını xidmətinin keyfiyyətinin artırılması ilə əlaqələndirib.
"Lakin xidmət çox aşağı səviyyədə göstərilir, sular günlərlə mənzillərə çatdırılmır. Qəribədir ki, görəsən, "Sirab"ın Bakıda Formula 1 yarışlarının yekunlaşmasından, paytaxtın yollarının açılmasından niyə xəbəri yoxdur?" – deyə müştərilər bildirib.
Qeyd edək ki, "Sirab" su sifarişlərindən şikayət edənlər Bayıl qəsəbəsi sakinləridir. Bu qəsəbə istiqamətində yollar açıq olduğu halda, şirkət müştərilərini narazı salır.
Yenicag.az problemə açıqlaması və onun həlli ilə bağlı "Sirab" şirkətinin cavabını gözləyir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1797 Tarix: 19 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrVətən müharibəsinin başlamasından altı il ötür
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu
27 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabr