Paşinyan Ərdoğanla görüşdüyü gün sərhəddə hiyləyə əl atdı - DETALLAR
BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan görüşəcək. Görüşdə Cənubi Qafqazda sülh prosesi, Ankara-İrəvan münasibətlərinin normallaşması, sərhədlərin açılması müzakirə ediləcək.
- Ankaranın tələbi məlumdur: Bakının şərtləri çərçivəsində sülh əldə edildikdə, yaxud ən azı sülh sazişi layihəsi razılaşdırıldıqda, İrəvanla normallaşma praktiki müstəvidə irəliləyəcək;
- İrəvan Ankara ilə üçüncü tərəf – Bakı olmadan danışıqlara və sərhədlərin açılmasına çalışır;
Ermənistan Azərbaycanın maraqları nəzərə alınmadan normallaşma prosesinə razı salmaq məqsədilə iki istiqamətdə işləyir.
Birincisi, diplomatik danışıqlardır: Paşinyanın Ərdoğanla görüşdən umduğu da budur, hərçənd, bu yolla nəticə əldə etməyin mümkün olmadığını da anlayırlar;
İkincisi və ən çox ümid etdikləri Qərbdən Ankaraya təzyiqin edilməsidir: erməni diasporu/lobbisi bu planda İrəvanla paralel şəkildə işləyir;
Paşinyanın Ərdoğanla görüşdüyü gün Avropa İttifaqı ölkələrinin Ermənistandakı səfirlərini Türkiyə ilə sərhədə - "Marqara" keçid məntəqəsinə aparması da bu kontekstdə təsadüfi deyil. İrəvan bununla Türkiyə ilə sərhədin açılmasında "üzərinə düşən hər şeyi" etdiyini nümayiş etdirir və Qərbə "Ankaranın razı salınmasına dəstək verin" mesajı ötürür.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1369 Tarix: 24 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
27 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabrHərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına
24 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabrŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
26 sentyabrHeydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26 sentyabr