Mağazalar endirim "kampaniyası" adı ilə alıcıları belə aldadır - AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə alıcılar mağazaların endirim saxtakarlığını müzakirə edir. Belə ki, bir çox mağazalar endirim reklamları ilə insanları cəlb edir. Müştərilər mağazaya gəldikdə endirimin ən səliqəsiz, alınmayan məhsullara tətbiq olunduğunu görürlər.
Bəs görəsən mağazaların endirim saxtakarlığının səbəbi nədir ?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildiirib ki, qanunvericilikdə bununla bağlı heç bir müddəa yoxdur:
"Qanunvericilikdə bunu tənzimləyən müddəalar yoxdur. Çünki bizdə qiymətin təyin olunmasında dövlətin müdaxilə imkanları ancaq tarif şurası tərəfindən tənzimlənən qiymətlərə aiddir. Digər hallarda mağaza sahibi istənilən malı istədiyi qiymətə sata bilər. Sahibkarın yeganə öhdəliyi satışdan əldə etdiyi gəlirdən vergi ödəməkdir. Onun başqa öhdəliyi və ya tənzimləmə mexanizmi yoxdur. Sadəcə dünyada belə bir yanaşma var ki, mağazalar endirimlərlə bağlı belə addımlar atanda bu bir ictimai qınağa çevrilir. Sosial şəbəkələrdə həmin mağaza qınanır. İctimai rəy formalaşır və insanlar həmin mağazalara getmirlər.
Azərbaycanda endirimlə bağlı olan problemlər illərdir müzakirə olunur. Çox zaman endirim kompaniyalarından əvvəl qiymət kəskin artılır və sonra artmış qiymətə endirim tətbiq olunur. Beləliklə mallar faktiki olaraq əvvəlki qiymətinə qaytarılıb endirim adı ilə satışa qoyulur.
Bu sadəcə mağazalar arasında rəqabətli mühitlə həll ediləcək bir məsələdir. Qanunvericilikdə hansısa qaydanın tətbiq edilməsi bu məsələni həll etməyəcək".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə