Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK
Ötən günlərdə Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşaraq "bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış "yubka"larınızı gecə klublarında geyinin" deməsi müzakirələrə səbəb olub.
Bunu bir növ kiberbullinq də adlandırmaq olar. Bəs bu kimi halların qanunla cəzası nədir?
Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, bununla bağlı müraciət və şikayətlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır:
"Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır".
T.Abdullazadə qeyd edib ki, bu halda şəxsi həyata müdaxilə ilə yanaşı kiberbullinq müşahidə olunur. Çünki rəqəmsal platformadan istifadə edərək məqsədli şəkildə psixoloji təzyiq göstərilir. Vəkilin sözlərinə görə, tələbələr geyim-keçiminə fikir verməli, universitetin müəyyən etdiyi dress-kod qaydalarına hörmətlə yanaşılmalıdır:
"Bəzən tələbələr o qədər açıq-saçıq geyinir ki, bilmirsən oxumağa gəlib, yoxsa hansısa məqsədə xidmət edir. Amma heç bir halda bu düşüncələr müəllimin hərəkətinə haqq qazandırmır ki, icazəsiz şəkildə tələbələrin şəklini paylaşsın. Müəllim özünü haqlı hesab edərək mental ənənələrimizi qoruduğunu düşünsə belə, qanunvericilik belə hərəkətlərə icazə vermir. Təhsil ocağında açıq saçıqlığın qarşısını bu cür qanunsuz şəkildə deyil, ictimai qınaq, profilaktik söhbətlər və maarifləndirmə yolu ilə almaq daha doğru olardı".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə