Dəbdəbəli toy edirlər, qonaqları tanımırlar: Küçə zibilləmək adətinin olduğu ölkə
"Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Bakıdan 5 662 kilometr uzaqlıqda yerləşən, maraqlı təbiəti, çayları, mağaraları ilə insanlara fərqli hisslər yaşadan ölkə - Vyetnam və onun paytaxtı Hanoydan bəhs olunub. Bu məmləkətin tarixi eramızdan əvvələ gedib çıxsa da, yazılı mənbələrdə adı ilk dəfə 16-cı əsrdə çəkilir.
Bir çox müharibələr və müstəmləkələr görən Vyetnamın paytaxtı Hanoy isə hər tərəfdən çaylarla əhatələnib. Bu şəhərdə 8.5 milyon əhali yaşayır və əlbəttə ki, işə, məktəbə, görüşə - bir sözlə, hər yerə çatmaq lazımdır. Yollarda isə avtomobillər üçün qayda-qanun elə də ciddi deyil. Kim necə istəyir, elə də avtomobilləri idarə edir.
Avtomobillər burada bahalıdır. Onun yerinə isə skuterlərdən istifadə olunur. Onların qiyməti 630 dollardan başlayır ki, bu da bizim pulla 1 071 manat edir. Hanoyda maraqlı məqamlardan biri də kiçik kafelərdə verilən günəbaxan tumlarıdır. İnsanlar buraya yalnız kofe və kruassan üçün yox, həm də tum çırtlamaq üçün gəlirlər. Özü də bu tumların qabıqlarını yerə atırlar. Bir zamanlar bizdə də belə idi, bəlkə indi də şəhəri bu cür zibilləyənlər var.
Amma Hanoyda bunu elə indi də açıq formada etmək qəbahət deyil. Hanoy əhalisinin bizimlə daha bir oxşar cəhəti isə min nəfərlik tamtəraqlı toy edərək hər kəsi bu xoş günə dəvət etmək sevgisidir. Belə ki, evlənən cütlüklərin valideynləri tanıdıqları hər kəsi toya dəvət edirlər. Həmin insanlar yaxınlıqdakı mağazanın satıcısı, qonum-qonşu, uşaqlıq dostları da ola bilər.
Elə bu səbəbdən evlənənlər toydakı qonaqların yarıdan çoxunu tanımırlar. Belə bir məclis Hanoyda 29 500 dollara, bizim pulla 50 150 manata başa gəlir. Yemək məsələsində isə hanoylular bizə uduzurlar. Məclisdə bir az qəlyanaltı və bir qədəh şampan şərabı ilə kifayətlənirlər. Şənlik üç saat davam edir. Qonaqlar isə toya bizdə olduğu kimi pul salırlar. Buna görə də yeni evlənənlər ziyana düşmürlər. Hanoy əhalisi dadlı yeməkləri, xoşniyyətli insanları, qiymətlərin ucuz olması, təhlükəsiz şəhərləri ilə fəxr edirlər. Ən əsası, dünyaya bir dəfə gəldiklərinin fərqinə vararaq, öz həyatlarını yaşayırlar.
Ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə