"Onlar qonaq idilər, amma sırtıq qonaq və ev sahibi sonda onları qovmalı oldu"
"Azərbaycanın 2023-cü ildə həyata keçridiyi lokal antiterror tədbirlərinin əsassız olduğu, bu əməliyyat nəticəsində ermənilərin guya hansısa hüquqlarının pozulması ilə bağlı deyilənlər cəfəngiyyatdır və tarixi həqiqətə ziddir".
Bunu Moderator.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib. Ekspert qeyd edib ki, Qarabağ heç vaxt ermənilərə məxsus olmayıb və onların bu regiona sonradan gəlişi bütün dünyaya məlumdur:
"Reallıq bundan ibarətdir ki, ermənilər Qarabağa sonradan gəliblər. Yəni onlar bu torpaqlarda qonaq idilər, ancaq sırtıq qonaq... Qonaq sırtıq olanda isə ev yiyəsi onu gec-tez qovmalı olur. Biz də ev yiyəsi kimi onlara qapını göstərdik.
Əslində, biz onları qovmadıq. Onlar özləri könüllü şəkildə, təhlükəsiz şəraitdə Qarabağı tərk etdilər. Halbuki, vaxtiylə yüz minlərlə qərbi azərbaycnalı öz yurdundan bir günün içində didərgin salınmış, özləri ilə bir çöp də gətirə bilməmişdilər. Onların bir qismi ermənilər tərəfindən qətlə yetirilmiş, amansız işgəncələrə məruz qalmışdı. Azərbaycan isə Qarabağdakı ermənilərin hər birinin təhlükəsizliyini yüksək səviyyədə təmin etdi.
Bu mənada Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərinə görə Azərbaycana qarşı irəli sürülən ittihamalrın heç bir əsası yoxdur və bütün bunlar tarixi həqiqətləri təhrif etmək, haqqı inkar etməkdən başqa bir şey deyil".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1055 Tarix: 27 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabrÇoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabr