Qazi: "Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim"

Qazi: "Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim"Sentyabrın 27-də işğalçı Ermənistan ordusunun təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatı və ordumuzun göstərdiyi qəhrəmanlıq İkinci Qarabağ müharibəsinin taleyini Azərbaycanın xeyrinə həll etdi. 44 gün davam edən döyüşlərdə silahlı qüvvələrimiz beş şəhəri, dörd qəsəbəni və 286 kəndi düşmən işğalından azad etdi. Noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə mərhələli şəkildə ölkəmizə qaytarıldı. Beləliklə, Vətən müharibəsi Azərbaycanın Ermənistan üzərində şanlı qələbəsi ilə başa çatdı. Təbii ki, dövr nə qədər dəyişsə də, yeni texnologiyalar meydana çıxsa da, müharibənin taleyini yenə də insan amili həll edir. Ona görə də heç bir müharibə itkisiz ötüşmür. Azərbaycanın haqlı davasında qələbə qazanmasının əsas pay sahibləri də əzmkarlıqla döyüşən, qazilik və şəhidlik mərtəbəsinə yüksələn qəhrəmanlardır.

Bu qələbədə pay sahibi olanlardan biri də qazi Kənan Kərimlidir. O, mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.

- Kənan bəy, düzdür, müharibənin üzərindən dörd il keçsə də, bu tarixi anları unutmaq heç vaxt mümkün deyil. Ona görə də bir qədər keçmişə qayıtsaq, zənnimcə, daha məqsədəuyğun olar. Yəni müharibənin başlaması və döyüşlərə qatılmağınızı necə xatırlayırsınız?

- 2020-ci ilin 27 sentyabrında müharibə başlayanda Füzuli istiqamətində döyüşlərə qatılmışam. Təbii ki, müharibə asan bir şey deyil. Müharibədə həyəcan da var, qorxu da. Lakin biz qarşımıza məqsəd qoymuşduq ki, 30 il həsrətində olduğumuz torpaqlarımızı azad etməliyik. Ona görə də ərazilərimizi işğaldan azad etdikcə qorxu və həyəcanımız da yoxa çıxırdı. Lakin o da məlumdur ki, heç bir müharibə itkisiz olmur. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.

- Hansı ərazilərdə döyüşmüsünüz və necə oldu ki, yaralandınız?

- Mən Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanmışam. Öz qrupumuz ilə döyüşdüyümüz istiqamətdən geri qayıdıb başqa bir istiqamətdə döyüşlərə qatılacaqdıq. Geri dönərkən ermənilər tərəfindən minaatanlardan atəşə tutulduq, yaralandım. Sağ ayağım dizdən yuxarı amputasiya olunub. Həmçinin, kürəyimdən aldığım qəlpə yarası bel sümüyümü sındırıb, üç qabırğam qırılıb. Ağciyərim deşilib, sol tərəfdən isə sinirlərim yanıb.

- Müharibədən danışmaq və onu təfərrüatla izah etmək, məlum məsələdir ki, çox çətindir. Xüsusən də döyüşlərdə iştirak edən biri üçün. Lakin bir neçə cümlə ilə ifadə etsək, müharibə sizin üçün necə yadda qaldı?

- Oktyabrın 1-i, yəni döyüşlərin beşinci günündə yaralanmağım mənə ən pis təsir edən hadisə oldu. Çünki tez yaralanmağım döyüşlərdən tez uzaqlaşmağım demək idi. Kaş tez xəsarət almazdım və digər döyüş yoldaşlarım kimi daha çox irəli getmək, sona qədər döyüşmək mənə qismət olardı. Amma hər günümüzə şükür etmək lazımdır. Çünki istənilən halda ərazi bütövlüyümüz bərpa edilib.

- Döyüşlərdə hər kəsin məqsədi bir olsa da, fərdi olaraq da, yəqin ki, ümdə prinsiplər olur. Sizin üçün əsas məqsəd nə idi?

- Bizim bir məqsədimiz var idi. O da neçə ildir həsrətini çəkdiyimiz torpaqlarımızı işğaldan azad etmək. Çox şükür ki, şəhidlərimizin, qazilərimizin sayəsində buna nail olduq və haqq-ədalət nəhayət öz yerini tapdı.

- Əvvəlki sualı verməkdə məqsədim həm də müharibədənkənar məqamlarla bağlı idi. Yəni döyüşlərdə sağ qalmaq, yolunuzu gözləyənlərə qovuşmaq və digər bu kimi amillər... Bu düşüncələrlə baş-başa qalanda nə hisslər keçirirdiniz?

- Əlbəttə ki, müharibə asan bir şey deyil. Biz oradan ya şəhid kimi qayıdacaqdıq, ya da qazi. Əsas məqsədimiz ölmək yox, öldürmək idi. Nə xoş mənə ki, torpaqlarımızın işğaldan azad edilməsində az da olsa payım oldu. Ona görə də heç nəyə görə peşman deyiləm. Nə müharibəyə getdiyim, nə də yaralandığım üçün təəssüflənirəm. Yenə müharibə olsa, yenə də gedib ölkəm və xalqım üçün döyüşərəm. Çünki məqsəd torpaqlarımızı düşmən tapdağından azad etmək, neçə illik həsrəti aradan qaldırmaq olanda doğmalar da, yaxınlar da ikinci plana keçirlər. Çünki mənim üçün Vətən hər şeydən öndə gəlir.

- Qələbə xəbərini eşidəndə təəssüratınız necə oldu?

- Mən özüm oktyabrın biri yaralamışam. Qələbə xəbərini eşidəndə xəstəxanada idim, müalicə alırdım. Qələbə günü yuxuda gördüm ki, digər ayağım kimi, itirdiyim ayağım da sağ-salamat, yerindədir. Yuxudan oyananda Azərbaycan Dövlət Televiziyasında gördüm ki, cənab Prezident xalqa müraciət edir. Şuşanın azad edilməsi və qısa müddət sonra qələbə qazanmağımızla bağlı xəbərləri eşidəndə, təbii ki, çox sevindim. Bir gözüm şəhidlərimizə görə kədərdən, bir gözüm isə Qarabağı azad etdiyimiz üçün sevincdən ağlayırdı.

- Tarixi müharibədən dörd il ötüb. Bu müddət sizin üçün necə keçib, həyatınızda nələr dəyişib?

- Ali Baş Komandan tərəfindən "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişəm. Bundan əlavə, məni ev və maşınla təmin ediblər. Müalicələrim də öz axarında davam edir. Bundan sonra da ancaq irəli baxmaq lazımdır. Necə ki, 30 il həsrətində olduğumuz əsas məqsədimizə çatdıq, bundan sonra da vətənimiz və özümüzlə bağlı məqsədlərimizə nail olmaq üçün çalışmağa davam edəcəyik.
Qazi: "Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim"Qazi: "Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim"Qazi: "Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1137   Tarix: 27 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr