Yanacaqdoldurma məntəqəsinin önündə qətl: Bakıdakı dəhşətli cinayətin detalları
2023-cü il yanvarın 4-də axşam saatlarında Beyləqan sakini 29 yaşlı Qənbər Qənbərov Ziya Bünyadov prospekti ilə Böyük İpək Yolu küçəsinin kəsişməsində yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında bıçaqlanıb. Yanvarın 6-da səhər saatlarında o, yerləşdirildiyi klinikada dünyasını dəyişib.
Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Ekspertizanın rəyinə görə, Qənbər Qənbərovun ölümünə kəskin qanitirmə ilə müşayiət olunan şok səbəb olub.
İstintaqla müəyyən edilib ki, yanvarın 4-də saat 22:15-də 27 yaşlı Sənan Hacıyev dostları - 33 yaşlı Elvin Sadıqov və 31 yaşlı Məqsud Həsənovla birlikdə VAZ-2107 avtomobili ilə Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən qarşısında gedən "Toyota Prius" qəza şəraiti yaradıb. Bu zaman arxadan gələn "Opel Astra" avtomobilini idarə edən Əfrail Qənbərov qəzanın qarşısını almaqdan ötrü onun sağ tərəfindən keçib. Bundan əsəbiləşən Sənan Hacıyev iradını bildirmək üçün maşını sürətlə idarə edərək Əfrail Qənbərova avtomobilini saxlamasını işarə edib. Sənan Hacıyev və dostları Ziya Bünyadov prospekti ilə Böyük İpək Yolu küçəsinin kəsişməsində dayanaraq Əfrail Qənbərov və onun yanında olan qardaşı ilə mübahisə ediblər. Qısa müddətdə mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman Qənbər Sənanı söyüb, dizi ilə üzünə zərbə vurub. O isə qəzəblənərək gödəkçəsinin cibində saxladığı bıçağı çıxararaq onun döş qəfəsinə vurub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Hacıyev 17 il, Elvin Sadıqov 3 il 6 ay, Məqsud Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.
Daha ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə