"Bu gün Ermənistandan öz maraqları üçün maşa kimi istifadə etmək istəyən dövlətlər yetəri qədərdir" - DEPUTAT
"Ermənistanın siyasi mühitində olan bəzi qüvvələr silah alveri ilə pul qazanmaq iddiasındadırlar".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib.
Deputat qeyd edib ki, silah dövriyyəsi və silah alış-verişi həmin o oliqarx qrupların maraqları daxilindədir:
"Revanşizmi dəstəkləyən bu qruplar yenidən Qarabağı qaytarmaq adı altında silah alış-verişindən pul qazanmağa çalışırlar. Onlar üçün maraqlı deyil erməni xalqı bu müharibələrdən hansı əziyyəti çəkir. Onların özlərinin bağlı olduğu transmilli qruplar var. Bu qüvvələr Azərbaycan və Ermənistan arasındakı münaqişəni dərinləşdirərək daha çox vəsait əldə etməyə çalışırlar.
Ermənistanın siyasi palitrasında da elə qüvvələr var ki, xalqın müəyyən bir hissəsinin duyğuları ilə oynamaqla özlərinin müəyyən siyasi məqdsədlərini həyata keçirirlər. Xüsusilə də bu antipaşinyan mövqeyli qüvvələrdir. Bu proseslər sadə və gözlə görünən məsələlər deyil, burada mürəkkəb sxemlər mövcuddur.
Məsələn bugünkü Ermənistan ərazisindəki hadisələrə nəzər salaq. Bir kəndin ərazisində və ya ətrafında başlayan bir etiraz sonradan böyük bir dalğaya çevrilib. Ermənistanın ayrı-ayrı əyalətlərində başlayan Paşinyan əlehinə nümayişlərə çıxılıb. Bir kəndin problemi kimi başlayan bir məsələ ümummilli bir məsələyə çevrildi. Bu da onu göstərdi ki, Ermənistanda bu çaxnaşmadan məharətlə istifadə edən qruplar var".
Deputat vurğulayıb ki, Ermənistandan öz maraqları üçün bir maşa kimi istifadə etmək istəyən dövlətlər yetəri qədərdir:
"Bu dövlətlərin məqsədi Cənubi Qafqaz bölgəsinə daxil olmaqdır. Lakin əsas məsələ Cənubi Qafqaz bölgəsində müəyyən nüfuza malik olan Rusiyanın aradan çıxarmaq. Xüsusilə də Ermənistandan. Bunun üçün də onlar Ermənistanı silahlandırır və maliyyə yardımları edirlər.
Məsələn Avropa İttifaqı Şurasının Avropa Sülh Fondu. Onun adı sülh fondudur. Bu fond Ermənistana maliyyə yardımı edir ki,silah və hərbi təyinatlı ləvazimatlar alsın. Sülh fondu və hərbi təyinatlı ləvazimat. Bu son dərəcə absurd bir fikirdir. Onlar Ermənistanın siyasi hakimiyyətini nəzarətə almaqla orada öz maraqlarını təmin etməyə çalışırlar. Bu da onu göstərir ki, onlara erməni cəmiyyətinin düşəcəyi uçurum maraqlı deyil. Bu gün Ermənistan dövlət kimi öz subyektliyini itirib. Əgər dövlət öz xalqının maraqlarını yalançı maraqlara qurban vermiş olursa onun heç bir gələcəyi yoxdur".
Nuray Nəzərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə