Azərbaycanda bankdan götürülən pullarla bağlı DƏHŞƏTLİ VƏZİYYƏT
"Təəssüf ki, Azərbaycanda əhalinin kütləvi üz tutduğu istehlak kreditlərinin həcmi durmadan artır. Son bir ildə belə kreditlərin həcmi 1.5 milyard manat artaraq, 8 milyard manata çatıb".
BAKU.WS xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, bu vəziyyət Azərbaycandan böyük pulların çıxması deməkdir:
"Çünki, istehsalı daxili təlabatı ödəyə bilməyən ölkələrdə istehlak krediti ölkədən çıxan pullara çevrilir. 8 milyard ölkəmizin ümumi kredit porfelinin təxminən 3-də 1 hissəsidir. Biznes kreditlərinin isə 60%-nə bərabərdir. Bu hədsiz mənfi xarakterizə ediləcək göstəricidir. Məsələn, "Kredit fəlsəfəsi"nin oylağı olan ABŞ-da verilən ümumi kreditlərin həcmi 35 trilyon dollardır. Bunun cəmi 5 trilyon dolları istehlak kreditləridir ki, bu da ümumi kreditlərin 14%-i deməkdir.
Hələ nəzərə alsaq ki, ABŞ-da xərclənən isteklak kreditlərinin çox böyük hissəsi ölkənin daxilində qalır. Çünki əhali əsasən öz ölkəsində istehsal edilən telefonu, komputeri və digər malları alır. Bu da daxildə sahibkarlığı və istehsalı inkişaf etdirir. Amma Azərbaycan bu məhsulların HAMISINI xaricdən aldığı üçün istehlak kreditlərinə yönələn 8 milyard manatın böyük hissəsi bu məhsullarını aldığımız ölkələrə axıb gedir".
"Bu prosesdə malını bizə satan ölkələr də udur, istehlak krediti verən banklar da, bu malları ölkəmizə gətirib ticarəti quran subyektlər də. Bəs uduzan kimdir? Uduzan insanlar - istehlakçılardır. Onları kimsə buna məcbur etmir. Amma onlar bir birilə bəhsə getməklə özləri özlərini buna məcbur edirlər",-deyə iqtisadçı alim əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1500 Tarix: 04 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrTarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabrHava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə
26 sentyabrHərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına
24 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabr