Estetik əməliyyatın növbəti QURBANI – "Yasamal Hospital"ın baş həkimi daha bir qadını ölümcül hala SALIB

Estetik əməliyyatın növbəti QURBANI – "Yasamal Hospital"ın baş həkimi daha bir qadını ölümcül hala SALIBSosial şəbəkələrdə son dönəmlər bədən şəkilləndirmə əməliyyatları xüsusilə çox yayılıb. Bu cür əməliyyatların qorxusuz, ağrısız, risksiz olduğunu deyən həkimlər insanları şirnikləndirir.

Təəssüflər olsun ki, bədən şəkilləndirmə əməliyyatları arasında uğursuz nəticələnənləri də çoxdur.

Fidan İsmayılqızı da uğursuz nəticələnən estetik əməliyyatın qurbanıdır. O, Bizim.Media-ya qarın gərmə əməliyyatı nəticəsində necə ölümlə üz-üzə gəldiyini danışıb:

"Əməliyyatdan sonra qanaxma başladı"

O, komplekslərindən qurtulmaq üçün aprelin 16-sı "Yasamal Hospital"a üz tutub. Fidan İsmayılqızı deyir ki, klinikanın estetik cərrahı, baş həkimi Elvin Əliyev və komandası ona abdominoplastika, yəni qarın gərmə əməliyyatı ediblər. Əməliyyatdan 1 saat sonra isə Fidan xanımın halı dəyişib.

"Təzyiqim düşdü, gözüm qaraldı, bədənim bumbuz tər oldu, ürəkbulanma, qusma başladı. Bunlar daxili qanaxma əlamətləridir.Yenidən əməliyyat stoluna qaytardılar. 2-ci əməliyyatım çox uzun çəkdi. Bir gün içində iki dəfə əməliyyat olundum. Sağ çıxanda sevindim. Sən demə, 1 həftə sonra daha ağır günlərim başlayacaqdı..."

"Klinika məni qəbul etmədi"

Fidan İsmayılqızı ikinci əməliyyatla sadəcə canını qurtara bildiyini, amma 6 ay ərzində hər gün əziyyət çəkdiyini deyir:

"Çoxlu qan itirmə, eyni nahiyənin 2 dəfə açılıb, tikilməsindən sonra yaramda dərin nekroz (toxuma ve hüceyrələrin qidalanmasının pozulması) başladı. Bir müddət sonra isə yaralarım tamam açıldı, yaradan çoxlu miqdarda seroz maye axdı, bədənim bir yandan qan, bir yandan da maye itirdi. Ağır vəziyyətdə "Yasamal Hospital"a getdim, amma məni qəbul etmədilər. Dərhal başqa özəl xəstəxanaya getdim. 1 həftə orada müalicə aldım".

Qeyri-estetik əməliyyat...

Fidan İsmayılqızının sözlərinə görə bu qədər əziyyətin nəticəsində bədənində dərin yara izləri, arzuolunmaz görüntü yaranıb:

"Bədənim vizual olaraq çox pis vəziyyətdədir, hələ daha nə qədər əməliyyat olmalıyam. Artıq tükənmişəm. Bu 5 ayı evdən çölə çıxmadım, ancaq yaralarıma sarğı qoymaqla məşğul idim. Təsəvvür edin bitişməyən yara, yarada axıntı, sarğı qoy, üstündən bu istidə. korset bağla, bütün psixologiyam çöküb".

Məhkəmə prosesi

Fidan İsmayılqızı həkim səhlənkarlığı iddiası ilə Elvin Əliyev barəsində Baş Prokurorluğa şikayət etdiyini bildirib. Prokurorluq isə işi məhkəməyə göndırib. Yasamal Rayon Məhkəməsi cinayət işi başlatmasa da, prokurorluq bu qərarı əsassız sayıb və işin yenidən araşdırılmasını istəyib.

Məsələ ilə bağlı "Yasamal Hospital"ın baş həkimi Elvin Əliyev Bizim.Media-ya açıqlamasında deyib ki, əməliyyatı o etməyib. İddiaları isə əsassız hesab edir.

Onun sözlərinə görə, əməliyyatı vaxtilə "Yasamal Hospital"da onun rezidenti olmuş Mehdi Həsənzadə edib. Hazırda isə Mehdi Həsənzadə həmin klinikada çalışmır. Amma əməliyyat edən vaxt rezident vəzifəsində olub. Rezidentin isə əməliyyatı tək etməsi qadağandır. Mütləq ki, həkim nəzarəti olmalıdır.

Fidan İsmayılqızı deyir ki, kameraların prokurorluğa təhvil verilməsi gecikdirilir, əməliyyatı kimin etdiyi də sual altındadır.

Məhkəmə sənədlərində mə yazılıb?

"Fidan İsmayılqızı "Abdominoplastika" əməliyyatı üçün 07.04.2024-cü il tarixində "Yasamal Hospital"da rezident Mehdi Həsənzadənin qəbulunda olub. Mehdi Həsənzadə ona Sabunçu xəstəxanasında ümumi cərrahiyyə üzrə 4-cü kursda rezident olduğunu bildirib. Fidan İsmayılqızı rezident olduğu üçün ondan müstəqil olaraq əməliyyatı necə icra etdiyini soruşub.

Çünki rezidentlerin həkim nəzarəti olmadan müstəqil olaraq əməliyyat icra etməsi qanunsuzdur. Mehdi Həsənzadə isə əməliyyatların müstəqil deyil, "Yasamal Hospital"ın baş həkimi Elvin Əliyevin nəzarəti altında icra ediləcəyini və əməliyyatlara birlikdə girdiyini deyib. Daha sonra Mehdi ona ümumi qan analizindən keçməyi təklif edib və əməliyyat günü təyin olunub. Bütün bu analizləri verərkən və müayinələrdən keçərkən onu Elvin Əliyevin xəstəsi kimi qeydə alıblar".

Bu Elvin Əliyevin kariyerasındakı ilk qalmaqal deyil

2018-ci ildə onun etdiyi abdominoplastika əməliyyatından sonra Mehriban Mehdiyeva adlı şəxsin yarasında irin və nekroz yaranıb. Zərərçəkən mediaya verdiyi açıqlamalarında deyib ki, Elvin Əliyevin etdiyi əməliyyat onun həyatını cəhənnəmə çevirib. Həmin dövrdə Elvin Əliyev "İnternational-2" adlı özəl klinikada baş həkim olub.

"Mənə əməliyyat zamanı infeksiya salınıb. İnfeksiya əti, toxumanı yeyir. İnanın, burda cərrahlar yaramı, tikişləri, vəziyyətimi görüb dedilər ki, əminsiniz ki, bunu cərrah edib? Yəni o dərəcədə kobud, qeyri-peşəkar iş idi… Hər gün yaramı qaşıyırlar, ağrıdan ürəyim gedir. Hamının mənə yazığı gəlir.

Bədənimin başqa hissəsindən ət, dəri götürüb tikə bilərlər, amma yara tamam qurumalıdır. Elvin Əliyev isə mənə deyirdi ki, qorxulu heç nə yoxdur, o irin deyil, infeksiya deyil. Bəs nədir? Mənim bütün ətimi yeyir. Azərbaycanda məni heç bir klinika götürmədi, mədəni şəkildə dedilər ki, get kim kəsib, o da müalicə etsin".

Elvin Əliyevin qeyri-peşəkar işi və səhvi ucbatından bu halda düşdüyünü vurğulayan Fidan İsmayılqızı qarşı tərəfin ona təzminat ödənməsini və sağlamlığını itirməsinə səbəb olan şəxslərin cəzalandırılmasını istəyir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1633   Tarix: 04 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr