Xətaidə icra başçısı icazə verdi,qanunsuz ev tikdilər…..

Xətaidə icra başçısı icazə verdi,qanunsuz ev tikdilər…..Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, həmin ev Bakının Xətai rayonunun Əhmədli qəsəbəsinin 4-cü Buta küçəsində Bakı Sukanal İdarəsinin istismarında olan 7 metr dərinlikdəki diameri 1200, 700 mm-lik boruların, o cümlədən ölçüsü 2 kvadrat metr olan dəmir beton konstruksiyadan ibarət qutu tipli kollektorun üzərində tikilib.

Ağır konstruksiyadan ibarət 2 mərtəbəli tikilinin inşası kollektorun boru və qurğularına texniki qulluğu qeyri-mümkün edir. Bununla yanaşı, tikilinin səbəb olduğu ağır yüklənmə kollektorun sıradan çıxmasına və qəzalı vəziyyətin yaranmasına yol açıb.

Hadisə oktyabrın 12-də baş verib. Məlumat daxil olduqdan sonra qəza-bərpa dəstələri dərhal əraziyə cəb edilib, fasiləsiz iş rejimində qəzanın-bərpa işlərinin icrasına başalanılıb. Ərazi münasib yer olmadığına görə xətlərin tapılıb üzə çıxarılması və təmirə başlanılması işi uzanır. Bu müddətdə fərdi yaşayış evi də təhlükəli vəziyyətə düşüb, hər an uça bilər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bu ərazidə belə hadisələrin baş verə biləcəyi ilə bağlı dəfələrlə həm tikili sahiblərini, həm də müvafiq qurumları məlumatlandırıb, səlahiyyəti çərçivəsində digər tədbirlər görüb.

Kollektorların üzərində yerləşən tikililərin inşasına 1998-ci ildə razılıq verilib. Qeyd edilən dövrdə kanalizasiya təsərrüfatı, kollektor sistemi müvafiq icra hakimiyyətinin balansında və istsimarında olub.

2004-cü ildə Azərsu ASC yardılarkən kanalizasiya təsərrüfatı mövcud problemli vəziyyətdə idarə olunması üçün qurumun balansına verilib. İstismar prosesində texniki baxış keçirilərkən su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistralların, boru kəmərləri və digər texniki qurğularin mühafizə zonalarında pozulma halları müəyyənləşdirilib.

Xətai rayonu ərazisində kollektorların, magistral xəttlərin üzərində yüzə yaxın ev tikilib. "Azərsu"yun çevrilmə formasında yenidən təşkil olunan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ərazidəki acınacaqlı vəziyyət barədə müvafiq qurumları məlumatlandırıb.

Qısa araşdırmadan o da məlum olub ki, sakinlərin təqdim etdiyi torpaq sahəsi, sənədlər icra hakimiyyəti tərəfindən verilib və sənədləşdirilib. Belə qənaətə gəlmək olar ki, müvafiq icra hakimiyyəti orqanları ötən dövrlərdə magistral su və kanalizasiya xətlərinin üzərində evlərin tikintisinə icazə verib.

Bildririk ki,1993-1999-ci illərdə Xətai rayon icra hakimiyyətinin baçısı Gündüz Cəlilov olub.

Məlumat üçün bildiri ki, hazırda Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdir.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətininin başçısı Eldar Əzizov Rafiq Quliyevin işini tənqid etsədə Xətai İcra Başçısı hətta töhmətdən belə nəticə çıxarmayıb, Xətai rayonu ərazisində bu günə qədər qanusnuz tikililər davam etdirilir./xalq.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1339   Tarix: 21 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr