Səfir Nəsir Məmmədovun viza alveri ifşa olunur……

Səfir Nəsir Məmmədovun viza alveri ifşa olunur……Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib.

XALQ.AZ xəbər verir ki, bu barədə Globalinfo.az mötəbər mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, səfirlikdə hər il viza alverindən milyonlar vəsait mənimsənilir. Söhbət viza rüsumunun 20 dollar olduğu halda səfirliyin saxta "vasitəçi şirkət"in əli ilə vizanı 500 dollara satmasından gedir. İl ərzində təxminən 5 min viza verilir ki, bu da yekunda 2-3 milyon dollar aralığında mənimsəmə olduğunu göstərir.

Viza alveri ilə məşğul olan "vasitəçi şirkət"in Azərbaycan Xarici İşlər Nazirliyindəki (XİN) rəhbər şəxslərdən birinə məxsus olduğu bildirilir. Şübhəsiz ki, belə milyonluq dövriyyəni təkcə səfirliyin həyata keçirməsi inandırıcı deyil. Prosesi Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov və XİN-də güclü mövqeyə malik "əlaqələndirici" aparır. Bu, XİN-də sabiq nazir müavini Nadir Hüseynovun ənənələrinin hələ də davam etdirildiyini göstərir. Xatırladaq ki, məhz Nadir Hüseynovun da adı viza alverində hallanırdı. O, 2020-ci ilin sentyabrında tutduğu vəzifədən uzaqlaşdırılıb.

Sözügedən qanunsuzluğun İraqdakı səfirliyimizdə cərəyan etməsi olduqca təhlükəlidir. Sirr deyil ki, İraq terror təşkilatlarının, müxtəlif radikal cinayətkar qrupların aktiv fəaliyyət göstərdiyi ölkədir. Bunu nəzərə alanda 500 dollara viza satan Nəsir Məmmədovun hansı riskli işə qol qoyduğunu başa düşmək olur. Belə ki, ölkəmizdə təxribat törətmək istəyən şəxs İraqdakı səfirliyimizdən 500 dollara viza alaraq Azərbaycana gələ bilər. Bu baxımdan Azərbaycanın İraqdakı səfirliyində tüğyan edən korrupsiya hallarının həm də ölkənin təhlükəsizliyini təhdid etdiyini deyə bilərik. Vətənin sərhədi səfirliklərdə başlayır. Ancaq görünür, səfir Nəsir Məmmədov üçün bu sərhədin keçilməsinin qiyməti cəmi 500 dollardır.

Viza verilməsi prosesi hər detalı ilə araşdırılması gərəkən mövzudur. Bunu isə Prezident İlham Əliyev tərəfindən yaradılmış ASAN VİZA sistemi ilə həyata keçirmək daha məqsədəuyğundur.

Məlumat üçün bildirək ki, Nəsir Natiq oğlu Məmmədov Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili kimi çalışıb. Ötən ilin avqustunda Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bu təyinat ölkədə kadr islahatlarının, gəncləşmə siyasətinin davamı kimi ictimaiyyətdə diqqət çəkib. Lakin görünür, səfir Nəsir Məmmədov bu etimaddan başqa cür istifadə etməyə çalışır.

Diqqət çəkən başqa məqam səfir N.Məmmədovun adı korrupsiyada hallanan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın kürəkəni olmasıdır.

Xatırladaq ki, Azərbaycanın İraqdakı səfirliyində cərəyan edən korrupsiya faktı ilk deyil. Belə ki, bir qədər əvvəl Qətərdəki səfirimiz Mahir Əliyevin də adı analoji məsələdə hallanmışdı. Hesablama Palatası və Maliyyə Nazirliyinin apardığı yoxlamalar nəticəsində Qətərdəki səfirliyimizdə təxminən 300-400 min dollarlıq yeyinti aşkar olunmuşdu.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2121   Tarix: 21 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr