"Bu ailələrin uşaqları üçün özəl bağçalar pulsuz olacaq" – AÇIQLAMA
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi"nin birinci mərhələsi yekunlaşıb. Müsabiqədə növbəti mərhələyə buraxılan bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı müəyyənləşdirilib.
Nəticədə sözügedən bağçalarda uşaqlarını qeydiyyatı başlayıb. Özəl bağçalara yerləşdirilmiş uşaqların valideynləri tələb edilən sənədləri bağçaya təqdim etməli və iki tərəf arasında təhsil haqqının ödənilməsi barədə müqavilə bağlanmalıdır.
Seçilmiş özəl bağçalara uşaqların qeydiyyatı www.bq.edu.az portalında 24 oktyabr saat 11:00-dan etibarən başlayacaq 1 noyabr saat 17:00-dək davam edəcək.
Bu yeniliyin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət bağçalarına qəbul oluna bilməyən uşaqların seçilmiş özəl bağçalardakı boş qalan yerlərə cəlb edilməsidir. Bu zaman uşaqların bağçadakı təhsil haqqının bir hissəsini dövlət ödəyəcək. Belə ki, müsabiqədə seçilmiş özəl bağçalarda bu müsabiqə nəticəsində cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatı qrant hesabına qarşılanacaq, yəni dövlət ödəyəcək, qalan məbləği isə valideyn ödəyəcək.
Bəs görəsən dövlət şəhid və qazi övladlarının özəl bağçada pulsuz təhsil almasını qarşılaya bilərmi?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bu gözlənilmir:
"Ölkədə uşaqların sayına nisbətdə baxçaların sayı 4 dəfə azdır. Bu həddindən artıq aşağı göstəricidir. Uşaqları yeni bağçalarla təmin etmək üçün dövlət yenilərini tikmək istəmir deyə bu yükü özəl sektorun boynuna qoyur. Daha doğrusu valideyinlərin üzərinə yıxmaq istəyir. Hər nə qədər dövlət bunun 50 faizini ödəsə də, hazırda özəl bağçaların aylıq ödənişi təxminən 500-600 manat civarındadır. Valideyin aylığın yarısını ödəsə, bu aylıq 300 manat deməkdir. Yəni hardasa maaşının yarısı. Bu o deməkdir ki, əgər valideyin iki uşağını bağçaya göndərirsə, bütün maaşını ödəməlidir. Bu, əslində problemi daha da ağırlaşdırmaqdır. Bunun əvəzinə dövlət bağçalarının sayı artırılmalıdır və ödənişsiz şəkildə uşaqlar bağçaya cəlb edilməlidir.
Şəhid və qazi övladlarının özəl bağçalara pulsuz getmə məsələsinə gəldikdə isə, inanmıram ki, bununla bağlı xüsusi qərar verilsin. İlk növbədə onların dövlət bağçalarına qəbul məsələsi həll oluna bilər. Yəni dövlət bağçalarına uşaqların qəbulu zamanı üstünlük onlara veriləcək və dövlətin payında şəhid və qazi uşaqları pulsuz bağçalardan istifadə edəcəklər. Amma buna görə də digər uşaqların payı azalacaq.
Faktiki olaraq bir ölkədə 25 faiz uşaq bağçaya cəlb olunur və 75 faizi uşaq kənarda qalırsa bu çox pis göstəricidir. Bunun yeganə yolu dövlət bağçalarının sayının artırılmasıdır".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı