Hərbiçilər kommunal xidmətlərdən azad edilə bilər? - AÇIQLAMA
Şəhid və qazi ailələrini hər zaman müəyyən güzəşt və dəstəklər olunur. Bəs, hərbiçilər üçün hansı dəstək əsaslı addımlar atılır? Onlar kommunal xərclərdən azad edilə bilərmi?
Mövzu ilə bağlı Sonxeber.az-a hərbi ekpert Elxan Şıxəliyev danışdı.
O, açıqlamasında qeyd etdi ki, hərbiçilər üçün də qanunvercilikdə müəyyən qanunlar yer alıb:
"İndi mərhələdə qanunvericilikdə şəhid və qazi ailələrinə şamil olunan güzəştlər xaricində, hərbiçilər əgər xidməti davam etdirirlərsə və ya müharibə veteranlarıdırsa, onlara 80 manat prezident təqaüdü təyin olunur. Əslində zamanında qanunvericilikdə 80 manat təqaüd onların kommunal xərclərinin ödənişi üçün nəzərdə tutulmuşdu. Bu isə əslində həm hərbi xidmətdə olan müharibə veteranları və həm də hərbi xidmətdə olanların kommunal xərclərinin qarşılanması üçün 80 manatın artırılmasına ehtiyac var. Qanunvericilikdə göstərir ki, hərbiçilər xidmətdə olduqları müddətdə, onlara xidməti evlə təmin olunma hissəsi var. Xidməti evlə təmin olunmayan hissəsində kirayə evlərin ödənişləri təyin olunur. Əgər hərbiçi ailəsi ilə hər hansı bir evlə təmin olunmadığı halda, kirayə qalırsa, o müqavilə əsasında ona və ailə üzvlərinə kirayə haqqı üçün məbləğ təyin edilir. Bundan əlavə, hərbiçilər 20 il müddətində qüsursuz xidmət edərək ehtiyata buraxılırlarsa, bu zaman dövlət, onun ailə tərkibinin sayına uyğun olaraq həmin hərbiçini mənzillə təmin edir. Bunun xaricində hərbiçilərə dövlət tərəfindən müəyyən güzəştlər təyin olunmasına da sözügedən məsələr içərisində baxıla bilər. Hərbiçilərin vəzifə və rütbə maaşlarının artmı hər dəfə indeksləşdirilir. İldə bir dəfə ən azından infilyatsiyaya uyğun olaraq artım nəzərdə tutulur. Ehtiyatda olan zabitlərin, pensiya alanların isə təqaüdləri indeksasiya olunur. Bunun xaricində zabitlər və digər hərbidə olan şəxslər üçün özəl bir yanaşma olaraq müzakirələrin getməsini müşahidə etmirik".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3010 Tarix: 28 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?
2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı
24 sentyabrMartin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını
23 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrÇoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabrXəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib
24 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabr