Paytaxtda yayılan qoxuya səbəb nədir?
Artıq bir neçə gündür ki, Bakıda havadan xoşagəlməz qoxunun gəldiyi deyilir. Bu barədə vətəndaşlar sosial şəbəkə hesablarında da yazırlar. Bəziləri bunu qaz, digərləri isə boya qoxusuna bənzədir.
"Qafqazinfo" məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlayıb. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, Bakı şəhərinin bəzi ərazilərində yayılan iy-qoxunun səbəbinin araşdırılması məqsədilə monitorinq qrupları yaradılıb. Hazırda qrup tərəfindən monitorinq və araşdırmalar aparılır.
Mövzu ilə əlaqədar "Azəriqaz" İstehsalat Birliyinin də mövqeyini öyrəndik. Bildirildi ki, qaz qoxusunun gəlməsinə səbəb olacaq sızmalar texniki cəhətdən qeyri-mümkündür: "Azəriqaz" İstehsalat Birliyindən ölkədə qüvvədə olan qanunvericiliyə və normativ texniki qaydalara əsasən yeraltı və yerüstü qaz kəmərlərinə təyin olunmuş dövrlərdə texniki baxış keçirilir. Hər rübdə bir dəfədən az olmayaraq yerüstü qaz kəmərlərinə baxış keçirilir. Həmçinin, istismar müddətindən asılı olaraq ayda, yaxud rübdə bir dəfədən az olmayaraq yeraltı qaz kəmərlərinə xüsusi qazanalizatrlar vasitəsilə texniki baxış keçirilir.
Qaz sızmaları aşkar olunarsa, dərhal aradan qaldırılması təmin edilir. Paytaxtda olan xoşagəlməz iy-qoxunun yayılması kimi hadisələrdə isə "Azəriqaz" İstehsalat Birliyinin balansında olan qaz kəmərlərindən sızıb və şəhərdə böyük bir qaz qoxusunun gəlməsinə səbəb olacaq sızmalar texniki cəhətdən qeyri-mümkündür. Lokal bir hadisə ola bilər. Həmin hadisələrdə də ümumilikdə qaz iyinin borulardan bu qədər yayılması texniki cəhətdən mümkün deyil. Hazırda bununla bağlı quruma müraciət də daxil olmayıb. Gündəlik yoxmalarda da belə bir qaz sızması və ya qəza halı qeydə alınmayıb".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1091 Tarix: 01 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim
26 sentyabrPensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea
26 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabr2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında
24 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabrVergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?
2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı
24 sentyabr