"Ermənistanın "yarımçıq sülh" mövqeyi bölgədə sülhə nail olmaq üçün əhatəli addımlar atmamağa meylli olduğunu göstərir" - DEPUTAT
Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Ermənistan-Fransa münasibətlərindən daha çox önəm verir ki, bu da Fransanın xarici siyasətinin uğursuzluğunu və beynəlxalq münasibətlərə əməl etmək qabiliyyətində olmadığını göstərir.
"Azərbaycan ərazisində işğalçılığa və separatçılığa son qoyulmasını hədəfə alan açıqlamalar, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına yanlış istinadlar, Ermənistanın "yarımçıq sülh" mövqeyini dəstəkləyən bəyanatlar və digər absurd yanaşmalar Fransa tərəfinin reallıqları təhrif etdiyini və bölgədə dayanıqlı, həqiqi sülhün qurulmasına maraqlı olmadığını bir daha nümayiş etdirir".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.
Deputat qeyd edib ki, Ermənistanın "yarımçıq sülh" mövqeyi bölgədə sülhə nail olmaq üçün tam, əhatəli addımlar atmamağa meylli olduğunu göstərir:
"Bu mövqe, xüsusən də Azərbaycanla aparılan sülh danışıqlarında açıq şəkildə hiss olunur. Ermənistan bəzən yalnız müəyyən siyasi və ya diplomatik öhdəlikləri yerinə yetirir, lakin əsas, uzunmüddətli məsələlərə dair konkret addımlar atmır və ya kompromisə getməyə meyl göstərmir.
Bu "yarımçıq sülh" yanaşması həm regional sabitliyə ziyan vurur, həm də sülh prosesini çətinləşdirir. Belə bir mövqe, sülhün əsas məqsədi olan dayanıqlı və davamlı birgə yaşayışa mane olur və Ermənistanın gerçək sülhə nail olmaqdan daha çox öz mövqeyini qorumağa yönəlmiş bir siyasət yürütdüyünü göstərir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 872 Tarix: 01 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim
26 sentyabrPensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea
26 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabr2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında
24 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabrVergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?
2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı
24 sentyabr