Etibarnamə ilə avtomobil alanların nəzərinə

Etibarnamə ilə avtomobil alanların nəzərinəEtibarnamə ilə avtomobil almaq Azərbaycanda alqı-satqı prosesində daha sadə və ucuz üsul kimi qəbul edilir. Lakin bu yol alıcını birbaşa avtomobilin hüquqi sahibi etmədiyi üçün müəyyən riskləri də özü ilə gətirir. Etibarnamə yalnız avtomobildən istifadə və idarəetmə hüququnu verir, lakin hüquqi mülkiyyət tam şəkildə alıcıya keçmir. Bu vəziyyət avtomobilin əsl sahibi ilə problemlərin yaranmasına, etibarnamənin ləğv edilməsi və ya məhkəmə mübahisələri kimi ciddi hüquqi çətinliklərə səbəb ola bilər.

Maraqlıdır, etibarnamə ilə avtomobil alanlar nələrə diqqət etməlidir?

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən ajans.az-a bildirilib ki, etibarnamə ilə avtomobil alan şəxs faktiki olaraq avtomobilin sahibi sayılmır:

Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd olunan sahibi vəfat etdikdə, onun əvvəlcə verdiyi etibarnamə və ya baş etibarnamə avtomatik olaraq qüvvədən düşür. Bu halda, vəfat edən şəxsin miras hüququ çərçivəsində vərəsəlik prosesi başlanır və 6 ay tamamlandıqdan sonra vərəsəlik hüququ təsdiqlənir. Vərəsəlik sənədinə əsasən, nəqliyyat vasitəsinin qeydiyyatı ilkin olaraq vəfat edən şəxsin həyat yoldaşının adına keçirilir.

Əgər həyat yoldaşı yoxdursa, mülkiyyət hüququ həmin şəxsin övladlarına-oğlu və ya qızına keçir. Qeydiyyat prosesi başa çatdıqdan sonra bu şəxslər nəqliyyat vasitəsinə dair yeni etibarnamə verə və ya vasitənin mülkiyyət hüququnu alıcı adına rəsmiləşdirə bilərlər. Mütləq şəkildə altı ay tamam olmalıdır, həmin müddətdən sonra nəqliyyat vəsitəsi həyat yoldaşına və ya ailənin digər üzvlərinə verilir.

Hüquqşünas Şamil Paşayev bildirib ki, etibarnamə avtomobili istifadə və idarəetmə hüququ versə də, hüquqi mülkiyyət hüququ tam şəkildə alıcıya keçmir. Bu isə alıcının avtomobil üzərində tam hüquqa malik olmaması deməkdir, yəni avtomobilin əsl sahibi istədiyi zaman etibarnaməni ləğv edə və ya mülkiyyətin hüquqi aspektlərini dəyişdirə bilər:

"Nəzər almaq lazımdır ki, etibarnamə ilə alqı-satqı predmenti deyil. Etibarnamə şəxsin hüquqlarını digər şəxsə etibar etməsi ilə bağlı bir haldır. Etibarnamə ilə hansısa maşın və ya obyekt alınırsa, həmin şəxs vəfat etdikdə avtomobil kimin adınadırsa, onun vərəsələrinə düşür. Bunun "generalnı" və ya baş etibarnamə olmasının hər hansı bir əhəmiyyəti yoxdur. Şəxs öldükdən sonra etibarnamə hüquqi qüvvəsini itirir. Ölmüş adamın adına olan etibarnamə ilə də hərəkət etmək mümükün deyil".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1258   Tarix: 02 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?

2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı

24 sentyabr