DİN-dən ƏMƏLİYYAT: Mütəşəkkil dəstə üzvləri ələ keçdilər
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə mübarizə tədbirləri davam etdirilir.
BiG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, sonuncu əməliyyat zamanı mütəşəkkil dəstənin üzvləri - Cehun Abbasquliyev və tanışı Rəxşan Məmmədov saxlanılıblar. Onlardan 31 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Cəlilabad rayonunda əvvəlcədən müəyyənləşdirilmiş gizli yerdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 557 Tarix: 02 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycandan xaricə uçuşların sayı 17 % artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 43 ölkəyə 24 335 aviareys təşkil olunub. "Report" Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 ölkə (22,8 %) və 3 573 aviareys (17,2 %) çoxdur. Hesabat dövründə Azərbaycandan ən çox Rusiyay
7 dekabrİcra başçısının müavini intihar edən işçidən DANIŞDI
Lerik rayon icra başçısının Kirəvud kəndi üzrə ərazi icra nümayəndəsi Şəfiq Şaiq oğlu Əliyev intihar edib. Lakin Şəfiq Əliyevin hansı səbəbdən bu addımı atması hələlik məlum deyil. Vəzifəli şəxsin meyiti yaxınları tərəfindən tapılıb. Lerik Rayon İcra Hakimiyyəti hadisəni təsdiq edib. Hazırda rayonu
7 dekabrDövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar 2025-ci ildən...
Dövlət sektorunda həyatın yığım sığortası üzrə vergi və sığorta güzəştləri 1 yanvardan ləğv olunur. Həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin (3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanı
8 dekabrElnarə Abdullayevanın ailəsində üzücü xəbər
Əməkdar artist Elnarə Abdullayevanın qayınanası xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, müğənninin qayınanası insult keçirib. Hazırda vəziyyəti ağır olan qadın həkim nəzarətindədir. Qeyd edək ki, Elxa
7 dekabrSahibkarlara şad xəbər - vergi yükü azaldıla bilər
Bir sıra fərdi peşə fəaliyyəti ilə məşğul olan və VÖEN-lə işləyən kiçik sahibkarların vergi yükü azaldıla bilər. Bununla bağlı yeni qanun layihəsi hazırlanıb. Xəzər TV-yə istinadən bildirir ki, vergi məsələləri üzrə ekspert Emin Səttarovun sözlərinə görə, elə fəaliyyət növü ilə məşğul olan fiziki şəxslə
8 dekabrAzərbaycan alma, armud və heyva ixracını 4 %-dən çox artırıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 129 790 ton alma, armud və heyva ixrac edib. "Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % çoxdur. 11 ay ərzində alma, armud və heyva ixracının ümumi dəyəri 155,361 milyon ABŞ dollar
7 dekabr