Rusiyalı həkimdən açıqlama: İnsan həftə ərzində nə qədər ət yeməlidir?
Ət zülal və digər qida maddələrinin mühüm mənbəyidir, lakin həddindən artıq yeyildikdə bir sıra sağlamlıq problemlərinə yol aça bilər.
Oxu.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə rusiyalı həkim-qastroenteroloq Yevgeni Belousov nəşrə müsahibəsində danışıb.
Onun sözlərinə görə, bunun qarşısını almaq üçün həkimlər qırmızı ət qəbulunu həftədə 500-600 qrama qədər məhdudlaşdırmağı məsləhət görürlər.
"Böyük miqdarda qırmızı ətin, xüsusən də emal edilmiş ətin müntəzəm istehlakı yoğun bağırsaq xərçəngi riskini artırır. Ətin qızardılması və ya hisə verilməsi zamanı kanserogen maddələr əmələ gələ bilər ki, bu da məhsulu sağlamlıq üçün təhlükəli hala gətirir", - deyə Yevgeni Belousov bildirib.
Bundan əlavə, ətin tərkibində doymuş yağın yüksək olması ürək-damar sisteminin sağlamlığına mənfi təsir göstərə bilər. Bu yağlardan çoxlu miqdarda istifadə qanda xolesterinin səviyyəsinin artmasına və aterosklerozun inkişafına gətirib çıxara bilər.
"Ətin keyfiyyəti də mühüm rol oynayır. Çox vaxt əlavə konservantlar və doymuş yağlar ehtiva edən kolbasa və sosiska kimi emal edilmiş ətlər xüsusi təhlükə yaradır. Az yağlı çeşidləri seçmək, həmçinin qida rasionuna daha çox bitki mənşəli zülal mənbələri - paxlalılar, qoz-fındıq və toxumlar daxil etmək daha məsləhətlidir. Bu, riskləri azaltmağa və ümumi sağlamlığı yaxşılaşdırmağa kömək edəcək", - deyə həkim qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1133 Tarix: 10 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY
Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini
14 sentyabr 2021Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI
Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima
12 sentyabr 2021Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO
Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik
9 sentyabr 2021Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA
Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar
10 sentyabr 2021Arpa suyu - süd artıran vasitə
Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır
8 sentyabr 2021Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır
8 sentyabr 2021Oynaqlarınız ağrıyırsa, bunları yeyin
Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz
8 sentyabr 2021Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?
Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml
8 sentyabr 2021