"Emosiyalarını kontrolda saxlaya bilməyən insan, sağlam insan hesab olunmur" - Samirə Bağırova
Günümüzdə 5 insandan 4-nün əsəb xəstəsi olduğunu görə bilirik. Hətta ən sadə məsələlərdə belə əsəbləşib özlərindən çıxa bilən insanlar var. Bu hal niyə yaranır və belə insanlara hansı müalicə üsulu vacibdir? Bəzən belə fikir də səsləndirirlər ki, əsəbləşdikdə onu səsli şəkildə, bağıraraq bildirmək insana yaxşı gəlir. Bu fikrin doğruluq dərəcəsi nə qədərdir?
Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.
O, açıqlamasında qeyd edib ki, bağırma terapiyası mövcuddur və bu yol neqativ emosiyalardan qurtulmaq üçün lazımlı yoldur:
"Doğrudur. Günümüzdə əsəb, stress yaradan vəziyyətlər artmaqdadır. Buna ilk səbəb elə gündəlik həyat içində qayğılarımızdır. Maşınların artması ilə əlaqədar, tıxacların çoxalması, yersiz siqnal səsləri, xam sürücülər, marketlərdə növbə mədəniyyətinin olmaması, götürülən ərzaq arabalarını kassanın önündə qoyub gedərək, növbəti insana qarşı mədəniyyətsizliyin nümayişi, bəzi hallarda maddi çətinliklər, iş həyatında anlaşılmazlıqlar, övladla bağlı problemlər, şəxsi həyat problemləri, bəzən xəstəliklər və sairə saymaqla bitməyən və şüur atında xırda- xırda yığılıb sonda emosional partlayışa səbəb olan hallar artdıqca artır. Ən sadə məsələ dediyiniz əslində illərlə yığılıb, ən sadə məsələdə əsəb partlayışı keçirməkdir. Mən deyərdim ki, müsir həyatımızda ən çox əsəb yaradan hal, insanların mədəniyyətsizliyinin artmasıdır. Ən adi etik qaydalara əməl etməyi bacarmadıqca, tərbiyəsizlik nümayiş etdirmiş olurlar ki, ən böyük qıcığa səbəb olur. Mədəniyyəti isə ən azından təhsil təbliğ etdirməlidir. Əsəbiləşib birinə bağırmaq özü də tərbiyəsizlikdir. Emosiyalarını kontrolda saxlaya bilməyən insan sağlam insan hesab olunmur. Belə ki, xarakterində sərhədləri yoxdur ki, emosiyalarının əzilməsinə şərait yaradıb və duyğuları bağırmaq dərəcəsinə gəlməsini göstərir. Normalda isə bağırma terapiyası mövcuddur. Hətta xarici ölkələrin bəzi şirkətlərində bağırma balkonu mövcuddur. İnsanlar bir- birinə, yaxud çətin müştəriyə səs tonunu qaldırmaması üçün, balkonda çıxıb rahat bağıra bilər. Bu uzun illərin psixoloji bağırma metodudur. Dənizdə, açıqlıqda, maşında, balkonda, küləkdə ürəkdən bağırmaq, qışqırıb ağlamaq həqiqətən insanda rahatlıq və yenilənmə yaradır. Neqativ emosiyaları mütləq çıxarmaq vacibdir ki, yeni müsbət emosiyalar ilə əvəz olunsun. Neqativi vücuddan çıxarmadıqca psixosematikaya, psixi pozuntulara və digər xəstəliklərə yol açmış olur".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 3174 Tarix: 21 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20 oktyabrÜzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27 oktyabrYüksək təzyiq və şəkərli diabet göz damarlarını zədələyə bilər
"Göz damarlarında hər hansı problem yoxdursa, bu, göz sağlamlığının göstəricilərindən biri hesab oluna bilər. Lakin yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəliklər damarların zədələnməsinə səbəb ola bilər. Bu zaman gözdə müəyyən dəyişikliklər və şikayətlər meydana çıxa bilər". xəbər veri
9 oktyabrValideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır
Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları
23 oktyabrHansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?
Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis
6 oktyabrDiabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25 oktyabrƏn faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29 oktyabrXərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin
24 oktyabr