Qəhvə içməyin gizli təhlükələri - ÜST XƏBƏRDARLIQ EDİR

Qəhvə içməyin gizli təhlükələri - ÜST XƏBƏRDARLIQ EDİRQəhvə dünyanın ən populyar içkilərindən biridir və milyonlarla insan hər gün bu içkini böyük həvəslə istehlak edir. Lakin son zamanlar Ümumdünya Səhiyyə Təşkilatı kofein asılılığını kliniki xəstəlik kimi tanıyıb və bu barədə ciddi xəbərdarlıqlar edib. ABŞ Səhiyyə Departamenti isə 400 milliqramdan (mq) çox qəhvə içməməyi tövsiyə edib.

Qəhvənin insan orqanizmi üçün faydası və zərərləri nədən ibarətdir?

Bu barədə Oxu.az-a danışan qastroenteroloq Türkan Alyarova bildirib ki, qəhvənin insan orqanizmi üçün faydası ilə yanaşı bir çox zərərləri də olduğu üçün ondan ölçülü şəkildə istifadə etmək vacibdir.

"Qəhvənin əsas faydalarından biri enerji və diqqətin artırılmasıdır. Belə ki, qəhvənin tərkibindəki kofein sinir sistemini stimullaşdırdığı üçün yuxunu aradan qaldırır, enerjini və diqqəti artırır. Məhz bu səbəbdən də biz yorğun olduğumuzda ilk növbədə qəhvədən istifadə edirik.

Bundan əlavə, qəhvə içərkən əhvalımızın yüksəlməsinin səbəbi orqanizmdə "xoşbəxtlik hormonu" dediyimiz serotaninin artmasıdır. Qəhvə həm də metabolizmimizi sürətləndirdiyi üçün yağ yandırılmasını və arıqlama prosesini də dəstəkləmiş olur. Eyni zamanda, qəhvə altsheymer və parkinson xəstəliklərinə qarşı da qoruyucu ola bilər. Çünki kofein beyinin yaşlanmasına təsir etdiyi üçün bu cür xəstəliklər üçün müəyyən qoruyucu vasitə rolunda ola bilir", - deyə T.Alyarova bildirib.

Həkim vurğulayıb ki, müntəzəm yüksək dozada və uzun müddətli qəhvə istifadəsi yan təsirsiz ötüşmür.

"Sinir sistemini stimullaşdıran kofeinin zərərli tərəflərinə gəldikdə, bilmək vacibdir ki, ilk növbədə yuxusuzluq və ya yuxu pozğunluqları yarada bilir. Yüksək miqdarda kofein istifadəsi ürək döyüntüsünün artmasına, bəzən də ürək ritminin pozulmasına da gətirib çıxarır.

Bundan başqa, kofein mədədəki turşuluğu artırdığı üçün mədəmizdə erroziya, yara, xora kimi problemlər varsa, ağrıların artmasına və qıcıqlanmaların əmələ gəlməsinə səbəb ola bilir. Kofein, həmçinin qan təzyiqini müvəqqəti olaraq artırır ki, bu da yüksək təzyiqdən əziyyət çəkənlər üçün riskli ola bilər. Sümüklərə də mənfi təsir göstərərək kalsium itirilməsinə və sümüklərin zəifləməsinə yol aça bilər.

Kofein sinir sistemini stimullaşdırdığı üçün yuxuya getməni çətinləşdirə, yuxu keyfiyyətini azalda bilər. Bu səbəbdən qəhvədən günün birinci yarısında, saat iki, maksimum üçə qədər istifadə etmək tövsiyə olunur. Ondan sonra məsləhət görülmür.

Digər bir zərərli təsir kofeinin asılılıq yaradan bir maddə olmasıdır. Bu səbəbdən qəhvədən müntəzəm istifadə edən insanlar birdən-birə ondan imtina etdikdə baş ağrısı, yorğunluq və əhvali-ruhiyyələrində müəyyən dəyişikliklər hiss edə bilirlər.

Zərərli təsirlərindən biri də əsəbilik və narahatlıq yaratmasıdır. Çox kofein qəbul etmək sinir sisteminin həddindən artıq stimullaşdırdığı üçün əsəbilik, gərginlik və narahatlıq kimi əlamətlərə səbəb ola bilər.

Yüksək miqdarda kofein istifadəsi ürək döyüntüsünün artmasına, bəzən ürək ritminin pozulmasına da gətirib çıxardır.

Nə qədər qəhvə içmək lazımdır?

"Ümumi olaraq, sağlam gənclər üçün gündə təxminən 200-400 mq kofe, yəni 3-4 fincan qəhvə təhlükəsiz sayılır. Hamilə qadınlara isə maksimum 200 mq, uşaqlar və yeniyetmələrə 100 mq-dan az tövsiyə olunur.

Bəzi insanlar da var ki, orqanizmləri kofeinə həssasdır. Bu insanlar qəhvədən çox tez təsirlənirlər və lap az miqdarda içsələr belə, onlarda ürək döyüntüsünün artması, ürəyin çırpınması kimi şikayətlər müşahidə olunur. Bu cür insanların isə, ümumiyyətlə, qəhvə içməmələri məsləhətdir. Nəticə etibarilə, qəhvənin müəyyən faydaları olsa da, ifrat istifadəsi ciddi fəsadlara yol aça bilər. Bu baxımdan qəhvəni ölçülü şəkildə və günün birinci yarısında içmək daha məqsədəuyğundur", - deyə həkim vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1191   Tarix: 23 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24 oktyabr
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20 oktyabr
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27 oktyabr
.

Yüksək təzyiq və şəkərli diabet göz damarlarını zədələyə bilər

"Göz damarlarında hər hansı problem yoxdursa, bu, göz sağlamlığının göstəricilərindən biri hesab oluna bilər. Lakin yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəliklər damarların zədələnməsinə səbəb ola bilər. Bu zaman gözdə müəyyən dəyişikliklər və şikayətlər meydana çıxa bilər". xəbər veri

9 oktyabr
.

Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır

Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları

23 oktyabr
.

Hansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?

Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis

6 oktyabr
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25 oktyabr
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29 oktyabr
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24 oktyabr