"Poz-Qazan"da noyabrda 11 böyük uduş qazanılıb - FOTO
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC-nin "Poz-Qazan" oyunları üzrə noyabr ayında 11 böyük uduş qazanılıb.
Ayın ən böyük uduşu Qəbələdə "Zümrüd" lotereyasından olub. Telman Səfərov "Zümrüd"dən 100 000 manat udub.
Zaqatalada isə Məhərrəm Şabanov "Prestij" lotereyasından 50 000 manat qazanıb. "Prestij"dən 3 ədəd biletdə isə 5 000 manat udulub. Uğurlu biletlər Bakı və Füzulidən alınıb.
"Qızıl" lotereyasından da 2 böyük uduş - 25 000 manat qazanılıb. Uduşlar Bakı və Qazaxdan çıxıb. Şanslı qaliblərdən biri Feyruz Şərifov olub.
"Qızıl Ekstra" lotereyası isə 10 000 manat uduşla paytaxt sakini Zaur Rzayevi sevindirib. "Qızıl Ekstra"dan daha bir 10 000 manat Yevlaxda qazanılıb.
Sabirabadda "Uğurlu 7" lotereyasından 10 000 manat udulub. Astarada isə "Göz muncuğu" lotereyasından İlham İbadovun qismətinə 10 000 manat çıxıb.
Qeyd edək ki, "Poz-Qazan" oyunlarında 25 000-dən 500 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Biletləri "Azərlotereya" satış nöqtələri və "Misli" məntəqələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin "Wolt"dan sifariş vermək mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bank kartları ilə bağlı - Daha bir qadağa
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Gənc oğlanın 17 yaşında başladığı məşqlərdən 3 il sonrakı halını görənlər inanmır - VİDEO
Sel fəlakətindən 5 il sonra evin yalnız damı torpaqdan görünür
Ayı arı pətəklərini dağıdıb balları yedi