Gec saatlarda yemək bu xəstəliklərə səbəb ola bilər? - Həkimdən XƏBƏRDARLIQ

Gec saatlarda yemək bu xəstəliklərə səbəb ola bilər? - Həkimdən XƏBƏRDARLIQLent.az Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin qastroenteroloqu Turan Kərimovanın müsahibəsini təqdim edir:

- Turan xanım, insan gün ərzində neçə dəfə qidalanmalıdır?

- İnsanlar normada gün ərzində 3-4 dəfə qidalanmalıdırlar. Amma bu, insanlara görə dəyişir. Məsələn, hər hansı bir şəxs səhər və nahar yeməyini tam şəkildə, orqanizmin vitaminlərə, minerallara, zülala və digər qida maddələrinə, enerjiyə olan təlabatını ödəyəcək miqdarda qəbul edirsə, məhz axşamlar, yəni 3-cü qida qəbulunun olması vacib deyil. Çünki qida qəbulu təkcə mədəni doyurmaq məqsədilə deyil, orqanizmin ehtiyac olduğu qida maddələri və enerji ilə təmin etməsidir.

Qeyd etmək istərdim ki, qidalanmanın gün ərzində neçə dəfə olmasını bilmək üçün həzm prosesinə nəzər salmaq lazımdır. Çünki həzm sisteminin müxtəlif şöbələrində həzm prosesinin müddəti, yəni qidanın tam parçalanıb sorulması müəyyən saat intervalında olur və qəbul olunan qidanın tərkibindən, bişirilmə qaydasından asılı olaraq dəyişir. Belə ki, əsas enerji mənməyimiz olan yağların, zülalların, karbohidratların parçalanması, sorulma həzm sisteminin müxtəlif şöbələrində müfafiq vaxt ərzində və sürətdə baş verir.

- Axşam qida qəbulu hansı saatlarda olmalıdır?

- Mütəxəssislər son qidalanmanı yatmazdan 3-4 saat öncə olmasını tövsiyə edirlər. Eyni zamanda, müxtəlif vəziyyətlərə görə, məsələn iş rejimi ilə əlaqədar olaraq gec saatlarda qida qəbulu dəyişərək, yatmazdan 1-1,5 saat öncə ola bilər. Çünki orqanizm özünü lazımi enerji və qida məddələri ilə təmin etməmirsə yatmaq məqsədəuyğun hesab edilmir.

Tam ac qarına yatmaq orqanizmdə hormonal disbalans yaradır. Bu da, öz növbəsidə, yuxu rejiminin pozulmasına gətirib çıxara bilər. Belə ki, ac olan zaman orqanizmdə Leptinin (doyma hormonu) miqdarı artır. Bu hormonun miqdarının artması yuxu hormonunun, yəni Melatoninin miqdarının aşağı düşməsinə səbəb olur. Dolayısı ilə ac yatmaq yuxusuzluğa səbəb olur.

- Gec saatlarında qidalanma hansı xəstəliklərə səbəb ola bilər?

- Ümumiyyətlə, orqanizmdə bütün sistemlər bir-birinə bağlı və sinxron şəkildə fəaliyyət göstərdiyi üçün hər hansı bir sistemdə baş verən patologiya digər sistemlərdə də öz əksini tapır. Buna görə də, gec saatlarda qidalanma təkcə həzm sistemində deyil, eyni zamanda ürək-damar, sinir, endokrin, immun və s. sistemlərdə bir sıra patologiyalara gətirib çıxara bilər.

Həzm sisteminə aid olan patologiyalara qastrit, qastroezofagial reflüks, duodenit, kolit, xolesistit, pankreatit, qaraciyərin bir sıra patologiyaları və s. daxildir.

Qeyd etmək istərdim ki, bu xəstəliklər bir-biri ilə əlaqəlidir. Birinin yaranması zəncirvarı olaraq digərinə gətirib çıxara bilər. Məsələn, gec saatlarında qida qəbulu mədədə turşu sintezinin artmasına, bu da qastritə səbəb olur. Eyni zamanda, mədənin dolu olması mədədə kardial sfinkterin tam bağlanmamasına, bununla bərabər turşuluğun artması qastroezofaqial reflüks xəstəliyinin yaranmasına gətirib çıxarır.

Gec saatlarda qida qəbulu fermentativ proseslərin pozulmasına, bununla da həzmin pozulmasına səbəb olduğu üçün xroniki pankreatit, xroniki xolesistit, qaraciyərin piylənməsinə gətirib çıxara bilər.

- Şam yeməyində hansı qidalardan uzaq durmaq lazımdır?

- Axşam saatlarında çox yağlı, qızardılmış qidalardan, un məmulatlarından, şirniyyatdan, turşuya qoyulan, hisə verilən qidalardan, qazlı və spirtli içkilərdən uzaq durmaq lazımdır. Çünki sadalanan qidalar gec həzm olunur, qida dəyəri aşağı, lakin kalorisi çox olduğu üçün orqanizmi lazimi qida maddələri, vitaminlər, zülallar, minerallar, enerji ilə təmin edə bilmədiyinə görə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Düzgün bişirilmə qaydalarına riayət olunmayan qidalar nəinki həzm sistemində ciddi problemlərə yol açır, eyni zamanda şəkərli diabet, hipertoniya xəstəliyi, böyrək patologiyalarına, su-duz mübadiləsinin pozulmasına da səbəb ola bilər.

- Axşam yeməyindən sonra gəzinti, yoxsa yüngül qaçış daha məqsədəuyğundur ?

- Təbii ki, axşam yeməyindən sonra qısamüddətli gəzintilər tövsiyə olunur. Səbəb isə gəzinti zamanı metabolizmin sürətlənməsi, qan dövranının və həzm prosesesinin yaxşılaşmasıdır. Bu zaman bütün sadaladığım dəyişikliklər tədricən, orqanizmə zərər vermədən baş verir. Eyni zamanda, qida maddaləri tam şəkildə, metabolizmin son məhsullarına qədər parçalanır və bu da orqanizm üçün lazım olan vitaminlərin, amin turşuların, karbohidratların, mineralların rahat mənimsənilməsini təmin edir.

Qaçış zamanı isə qida maddələrinin parçalanması və bu proseslərin baş verməsini təmin edən enerji sərfiyyatını normadan artıq sürətləndirir. Bu zaman qida maddələri metabolizmin son mehsullarına qədər tam parçalana bilmir, orqanizmin normal fəaliyyəti üçün lazım olan enerji yaranmır, orqanizm həddən çox yüklənmiş olur. Bütün bunlar da dolayısı ilə orqanizmdə müxtəlif patologiyalara səbəb olur. Bunlara ürək-damar sistemi, böyrək patologiyarı, şəkərli diabet, dayaq-hərəkət sistemi patologiyaları və s. aiddir.

- Axşam saatlarında aclığı doyurmaq üçün hansı qidalar optimal hesab olunur?

- Hər bir qəbul olunan qidanın tərkibindəki maddələrin həzm traktının müxtəlif şöbələrində parçalanma və sorulma müddəti var. Qidanın tərkibi nə qədər mürəkkəb, çətin parçalanan olarsa, orqanizmdə artıq toplanan şlakların, toksinlərin, tam parçalanmayan yağ turşularının miqdarı da bir o qədər çox olacaq. Bu da, istər-istəməz artıq çəkinin yaranmasına səbəb olacaq. Ona görə də, axşam saatlarında yüngül, həzmi, parçalanması asan olan qidaların qəbulu tövsiyə olunur. Bunlara yağsız balıq növləri, az yağlı ət və quş ətləri, tərəvəzlər, az miqdarda karbohidrat (məsələn, düyü, bulqur və qarabaşaq) aiddir.

Təbii ki, yeməyin bişirilmə qaydasının da burda böyük rolu var. Məsələn, qızartmalar, hisə verilən və konserviləşdirilmiş qidalar, yaxşı, tam bişməyən qidalar məsləhət deyil. Buxarda bişmiş, təzə tərəvəzlərdən hazırlanan salatlar, süd məhsulları, xüsusən də az yağlı və ya yağsız kəsmik, pendir daha məqsədəuyğundur. Bu zaman porsiyalara da fikir vermək lazımdır. Qabın 1/3-i zülal, 1/3-si tərəvəz və 1/3-i karbohidrat olmalıdır.

Sonda qeyd etmək istərdim ki, axşam yeməklərinə, xüsusən də salatlara az miqdarda sirkə, limon və digər sitrus meyvələrinin şirəsinin əlavə olunması yağların parçalanmasını və metabolizmi sürətləndirərək, həzmi yaxşılaşdırır.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1328   Tarix: 07 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Günorta yatmaq üçün ən yaxşı vaxt nə zamandır?

Günorta yeməyindən sonra bir çox insanda diqqət azalır, yuxululuq yaranır və gündəlik işləri yerinə yetirmək çətinləşir. Belə hallarda əlavə bir fincan qəhvə içmək əvəzinə qısa müddət yatmaq daha faydalı ola bilər. -ın xəbərinə görə, lakin mütəxəssislər bildirirlər ki, bunun üçün düzgün vaxt seçmək vacibdir

30 avqust
.

Səhər, yoxsa axşam: Maksimum fayda üçün yumurtanı nə vaxt yemək lazımdır?

Yumurta ən sadə və əlçatan protein mənbələrindən biri hesab olunur. Buna görə də ondan tez-tez səhər yeməyində istifadə edilir, arıqlama zamanı qida rasionuna əlavə olunur və məşqdən sonra yeyilir. Lakin yumurtanın qəbul vaxtı əldə etmək istədiyiniz nəticədən asılı olaraq müəyyən əhəmiyyət daşıya bilər

11 sentyabr
.

Alimlər mədəaltı vəzi xərçəngixəstəliyinin müdafiəsi üsulunu kəşf etdilər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. -ın məlumatına görə, tədqiqatın nəticələri "JCI Insight"da dərc edilib. IL1RAP iltihab siqnalında iştirak edir, şi

13 sentyabr
.

Sarıkökdən çox istifadə edin

Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların

12 sentyabr
.

Hədsiz artıq çəkinin yaranmasının səbəbi nələrdir? - AÇIQLAMA

Son illər artıq çəki problemi yalnız qidalanma vərdişləri ilə deyil, həyat tərzi, stress, yuxu rejimi və müxtəlif sağlamlıq faktorları ilə də əlaqələndirilir. Bəzən insan az yediyini düşünsə də, çəkisi artmaqda davam edir. Bu isə artıq çəkinin arxasında başqa səbəblərin olub-olmaması sualını gündəm

8 sentyabr
.

Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil

Daim eşidirik ki, hər gün səkkiz saat yatmaq lazımdır. Lakin yeni və genişmiqyaslı araşdırma bu rəqəmin bir qədər şişirdildiyini, səkkiz saatdan çox yatmağın isə əks təsir göstərə biləcəyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, bu barədə "MoneyTalksNews" yazır. "Nature" jurnalınd

14 sentyabr
.

Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur

Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus

13 sentyabr
.

Portağal şirəsinin psixi sağlamlıq üçün gözlənilməz faydası tapıldı

Portağal şirəsi dietologiyada mübahisəli mövzulardan biridir. Bəziləri onun tərkibində çoxlu şəkər olduğunu və buna görə "faydalı" hesab edilə bilməyəcəyini düşünür. Digərləri isə onun balanslaşdırılmış qidalanmanın bir hissəsi ola biləcək vacib vitamin və qida maddələri ehtiva etdiyini vurğulayır

15 sentyabr
.

Qaçış və ya idman zalı deyil: Ürək və damar sağlamlığı üçün ən yaxşı praktika

Yaş artdıqca orqanizmə daha ehtiyatlı yanaşan fiziki fəaliyyət növünün seçilməsi daha aktual olur. Yaşlı insanlar üçün gəzinti və velotrenajor ənənəvi olaraq təhlükəsiz seçim hesab edilsə də, ürək-damar sistemi üçün daha çox fayda verə biləcək alternativ də var. Söhbət yoqadan gedir. Qaynarinfo xəbə

1 sentyabr